Min Bir Dad

Üzüm mürəbbəsi

Üzüm mürəbbəsi

Üzüm mürəbbəsi

Lazım olanlar:

  • Üzüm: 1 kq,
  • şəkər: 1,1 kq,
  • limon duzu: 2 q,
  • vanilin: 0,5 q.

Hazırlanma qaydası:

Üzüm mürəbbəsi iri və orta ölçülü və ətliyi bərk olan üzüm gilələrindən bişirilir. Üzüm gilələri seçilir və qaynar suda 1 dəqiqə pörtülür. Üzərinə şərbət əlavə edilib 6–8 saat saxla­nılır. Əgər üzüm şirindirsə, şəkər 1 kq götürülür. Üzüm mürəbbəsi arada 10 saat saxlanılmaqla 2–3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.

So, what do you think ?