sayfa içeriği

Min Bir Dad

Üzüm sirkəsi

Üzüm sirkəsi

Üzüm sirkəsi

Üzüm sirkəsi

Üzüm sirkəsi

Sirkə  başda alma və üzum olmaq  üzrə, sirkə hazırlamaq üçün əlverişli olan başqa meyvələri də fermentləşdirərək(qıcqırtmaq) əldə edilən , istifadəsi çox rahat olan bir məhsuldur.

Əsasən mətbəxdə əsas material kimi istifadə olunur. 

Sirkə-  antibakterial və antiviral forma, insulin müqavimətinin pozulmasında, yaranın sağalmasında  dəri, saç və şəxsi qayğı, pəhriz  zamanı , ümumi təmizləmə və bir çox digər sahələrdə istifadə olunur.

Sənayedə hazırlanan sirkə yerinə  təbii üsullarla hazırlanan sirkələrdən istifadə etmək lazımdır.

Bir az səbr və dözüm tələb edən sirkəni evdə hazırlamaq o qədər də zor deyildir.

Bəzi turşuların hazırlanmasında baş tacı ərzağı təbii sirkədir.

Bəzi salatların və yeməklərin,  bəzi  şirniyyatların  hazırlanmasında da evdə hazırlanan sirkədən istifadə edirlər.

 Noxud, bulğur kimi ərzaqlar  sirkə üçün lazım olan ərzaqların fermentləşməsinə yardımçı olur.

Bəzi bölgələrdə isə sirkə hazırlayarkən mayalanmış çörəkdən bir parça qırıb üzümün içərisinə atırlar.

 

 

Lazım olan ərzaqlar:

  • 1 kq üzüm,
  • 3 l su,
  • 1 qəhvə  fincanı noxud,
  • 1 qəhvə  fincanı iri dişli bulğur,
  • 1 çimdik mayalanmış çörək xəmiri və ya quru çörək  parçası ( arzuya görə ),
  • 1 qəhvə  fincanı üzüm sirkəsi ( arzuya görə ),
  • 1 yemək qaşığı qaya duzu,
  • 1 yemək qaşığı şəkər,
  • 5 litrəlik  banka,
  • Təmiz bir cuna

Hazırlanma qaydası:

  • Sirkə hazırlayacağınız   üzümlərinizi bolca suda bir  neçə  dəfə  yuyun.
  • Üzümləri  istər saplarıyla,  istərsinizdə dənələyərək istifadə edə bilərsiniz.
  • Üzümlərinizi bir  qab  içərsisində  azca  sıxaraq çatladın ancaq çox  əzməyin.
  • Bankaları əvvəlcədən  qaynar su ilə strelizə edin .
  • Bu sirkənizin fermantasyası zamanı  arzu etmədiyimiz bakteriyaların  daxil olmasının qarşısını alar.
  • Bankanın dibinə noxud, bulğur , arzuya görə bir çimdik mayalanmış çörək xəmiri və ya quru çörək parçası qoyun.
  • Arzuya görə bir qəhvə  fincanı üzüm sirkəsi əlavə edin.
  • Yaxşıca yuduğunuz və azca sıxaraq patlatdığınız üzümləri suyu ilə birlikdə bankaya atın.
  • 3 litr  nisbətində  suyu bankadakı ərzaqların üzərinə əlavə edin.
  • Fermantasya zamanı daşma da ola bilər.
  • Bunun üçün bankanın bir az böyük ölçüdə olanından istifadə edin.
  • Bankanın  ağzına təmiz bir cuna geydirin və cunanı möhkəm sıxdırın.
  • Birbaşa  güneş   şüası almayan bir köşədə 20 günərzində  mayalanmaya qoyun.
  • Bu zaman ərzində  hər gün bir taxta qaşıqla üzümləri çox  zədələmədən qarışdırın.
  •  Fermantasya zamanı əmələ gələn iyi   siz də fərq edəcəksiniz.
  • Sürənin sonlarına doğru üzüm dənələri daha çox  suyun üst hissəsinə toplarncaqdır.
  • Bankadakı ərzağı təmiz bir cunadan süzüb başqa bir bankaya yığın.
  • Süzdüyünüz  bu suya 1 yemək kqşığı iri qaya duzu, bir yemək qaşığı da şəkə əlavə edin.
  • Bu spirtləşmənin qarşısını alacaqdır.
  • Bu aşamada arzuya görə bir qaşıq qədər əvvəlcədən hazırladığınız   üzüm sirkəsi də əlavə edə bilərsiniz.
  • Bankanın ağzını təmiz cuna ilə bağlayaraq tam hazır olması üçün ən azı 40-50 gün sərin, kölgə bir yerə alın.
  • Bəzən bu zaman bankanın ağzını bağlayırlar  ancaq qıcqırma bəzən davam etdiyi üçün , bankanın qapağı bağlı olduğundan  bankanı çatladır.
  • Bu ərzaqlardan 1250-1500  mlliqrama yaxın sirkə əldə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *