Üzüm yarpağını qış üçün hazırlamaq  o qədər də çətin deyildir.
Sanki bir stəkana su dolduracaq qədər  asandır.
Ancaq bütün qış boyu heç də zay olmayan üzüm yarpağını qışlıq hazırlamağın bir neçə önəmli nöqtəsi vardır.
Bunlara diqqət etsəniz hazırladığınız üzüm yarpaqları ilə qışda ləzzətli  yyarpaq dolması hazırlaya bilərsiniz.
Üzüm yarpağı bağlayarkən ən önəmli  olan  istifadə olunan duzdur.
Duzunu əksik edərsiniz hazırladığınız yarpaqlar çox keçmədən kiflənib çürüyər.
Yarpaq bağlayarkən qaya duzundan istifadə etmək lazımdır.
Kİflənmənin digər səbəbi də istifadə etdiyiniz bankadır.
Hazır bankaları qaranlıq və quru yerdə saxlamaq çox önəmlidir.
Yarpaq bağlayarkən sarı rəngdə olmasının səbəbi yarpaq növüdür. 
İncə, parlaq, yumşaq yarpağın üzərinə duzlu qaynar su əlavə edən kimi saralır.
Bankanın üzərinə limon dilimi də qoyulanda yarpaq saralır. 
Yarpağı bankalara yığarkən  parlaq hissələrinin üstə düşməsinə çalışmaq lazımdır.

Lazım olan ərzaqlar:

  • 5 kq üzüm yarpağı,
  • 5 kq banka,
  • 7-8 l su ,
  • 200 q  qaya duzu,

Hazırlanma qaydası:

  • Üzüm yarpağını arıtlayın.
  • Solğun tərəfiüstə düşəcək şəkildə   7-8 yarpağı üst-üstə yığacaq şəkildə düzün.
  • Bütün yarpaqlar bitənə qədər davam edin.
  • Dəstələyib üst-üstə yığdığınız yarpaqları bir ləyənə düzgün qoyun.
  • Böyük və dərin bir qazanda 7-8 mlitrə su qoyun.
  • Duzu eda əlavə edib   qaynamağa qoyun.
  • Qaynayan suyu ocaqdan alın.
  • İlk istiliyi   keçincə qaynar duzlu suyu  yarpağın üzərinə  yavaşça tökün.
  • Bütün  yarpak su içində qalıncaya qədər qaynar duzlu su əlavə edin.
  • Yarpağın yuxarıya çıxmaması üçün üzərinə bir ağırlıq qoyun və  üzərini qapadın.
  • 2 gün sərin qaranlıq yerdə   saxlayın.
  • Sonra sudan çıxardaraq bərk-bərk basdıraraq saplaq  hissələrinə  aradabir bir az duz əlavə edin.
  • Üzərinə qalan duzlu su əlavə edib  üzərinə təmiz bir soyuducu torbasını iki-üç qatlayaraq qoyun.
  • Qapağı bərk bağlayaraq hava almamasına çalışın.
  • Sərin və qaranlıq bir yerdə   saxlayın.
  • Suyu olmazsa yarpaq çürüyər.