Min Bir Dad

Ton balıqlı viola salatı

0

 

Ton balıqlı viola salatı

Lazım olanlar:

  • Holland pendiri: 150 qram
  • Mayonez
  • Kartof: 2 ədəd
  • Kök: 2 ədəd
  • Yumurta: 2 ədəd
  • Ton balığı konservi: 1 ədəd
  • Toyuq filə
  • Göy soğan
  • Şüyüd

Hazırlanma qaydası:

Yumurta, kartof, kök, toyuq file suda bişirilir və sürtkəcdən keçirilib ayrı-ayrı qablara alınır. Bu zaman yumurtanın ağı ilə sarısı ayrı-ayrılıqda sürtkəcdən keçirilir və bir-birinə qarışmır.

Göy soğan və şüyüd doğranır.

Salat qabının içərisinə uyğun ölçülü qəlib yerləşdirilir. Qabın içərisinə məhsullar aşağıdakı sıra ilə düzülür:

  • Mayonez
  • Kartof
  • Duz
  • Mayonez
  • Ton balığı konservi
  • Göysoğan
  • Mayonez
  • Kök
  • Duz
  • Mayonez
  • Yumurta ağı
  • Mayonez
  • Toyuq file
  • Mayonez
  • Tilsiter pendir
  • Mayonez
  • Yumurta sarısı
  • Şüyüd

0,5 saat soyuducuda gözlədilir. Bundan sonra qəlib çıxardılır.

Nuş olsun!

Lyubaşa salatı

Yeni il salatı

Mərakeş noxud salatı

Vitamin deposu: Pendirli avokado salatı

Lalə salatı

So, what do you think ?