fbpx

Min Bir Dad

Vişnəli şokolad

0
Vişnəli şokalad

Vişnəli şokolad

Vişnəli şokolad

  • Hazırlanma müddəti 10 dəqiqə
  • Porsiya: 4 nəfərlik

Hazırlamaq üçün lazım olan ərzaqlar:

  • Vişnə: 100 qram
  • Bitter şokolad: 50 qram.

Vişnəli şokolad hazırlanma qaydası.

  • Hazırlamaq üçün əsasən saplağı qopardılmamış və sağlam vişnələr götürülür.
  • Bol su ilə təmiz yuyulur və suyunu çəkdikdən sonra üzərindəki suyun tam quruması üçün gözlədilir.
  • Bundan sonra bitter şokolad benmari üsulu ilə əridilir:
  • Benmari üsülu ilə bu şəkildə əritmək olur:
  • Geniş bir qabda su qaynadılır.
  • Bu qaba suyun içərisinə dərin bir qab qoyulur.
  • Su ikinci qabın içərisinə keçməməlidir.
  • Bitter şokalad asan əriməsi üçün kiçik parçalara bölünür.
  • Şokalad parçalarını suyun içərisindəki ikinci qabın içərisinə qoyulur.
  • Bu şəkildə temperatur maksimum 100 dərəcəni keçməyəcəyinə görə bitter şokoladın yanma ehtimalı heç yoxdur.
  • Bitter şokolad tam əridikdən sonra yuyulub suyu tamamiylə qurudulmuş vişnələri saplağından tutub ərimmiş şokalada batırırıq.
  • Vişnənin hər tərəfi şokaladla örtülür.
  • Bundan sonra şokolada batırdığımız vişnələri yağlı bir kağızın üzərinə düzürük və donması üçün soyuducuya qoyuruq.

Nuş olsun!

So, what do you think ?