Min Bir Dad

Xəmiraşı (lobyalı və əriştəli şorba)

Xemir aşı

Lazım olanlar

Hər pay üçün:

  • 163 q qoyun əti,
  • 35 q buğda unu,
  • 10 q yumurta,
  • 10 q ərinmiş yağ,
  • 20 q ağ lobya,
  • 10 q sirkə,
  • 20 q baş soğan,
  • 20 q keşniş,
  • 10 q nanə qurusu,
  • istiot,
  • duz.

 

Hazırlanma qaydası

  • Sümükdən bulyon bişirilir.
  • Yumşaq qoyun ətindən baş soğan və ədviyyatla qiymə hazırlanır.
  • Hər pay üçün 5-6 ədəd küftəcik hazırlanır.
  • Bulyona qabaqcadan isladılıb bişirilmiş lobya və bərk xəmirdən hazırlanmış  əriştə  qatılır.
  • Əriştənin xəmiri üçün una su, yumurta və duz vurulub yoğrulur və 1 mm qalınlığında yayılır.
  • Sonra 5 mm enində lent şəklində əriştə kəsilir.
  • Bulyona küftəcikləri salınıb bişirilir , sonra isə əriştə və xırda lobya qatılır.
  • Hazır olandan sonra xörəyə çərtilmiş göyərti vurulur, süfrəyə  verilən zaman üstünə quru nanə səpilir.
  • Xörəyin yanına ayrıca sirkə qoyulur.

 

So, what do you think ?