Min Bir Dad

Xəşil

0

Xəşil

xəşil

Lazım olan ərzaqlar:

3 su stəkanı  bulğur ( yəni çox incə çəkilmiş, döyülmüş incə bulğur) .
1 çay qaşığı duz,
1 qaşıq un,

Üzəri üçün:

1 su stəkanı süzmə qatıq və ya qurut ayranı( sarmısaqlı və ya sarımsaqsız )
3 yemək qaşığı əridilmiş kərə yağı və ya marqarin,

 

Xəşilin hazırlanma qaydası:

  • Xəşillik bulğuru yuduqdan sonra suyunu süzün.
    Bir qazana yığın.
    Üstünü örtə biləcək qədər su əlavə edib, duzunu əlavə edin.
    Bulğur yaxşıca yumşalana qədər bişirin
    Tam bişənə yaxın unu da əlavə edib möhkəm qarışdırın ki ,bir yerdə qalmasın.
    Unun iyi çəkiləndən sonra ocağı söndürün.
    Sonra geniş bir servis tabağına bişən xəşili yığın.
    Bir qaşıq yardımıyla düzəldib ortasını çuxurlaşdırın.
    İstəyə görə bu çuxura əridilmiş   kərə yağı tökün.
  • Qurudu əvvəlcədən yuyub isladın.
  • Sonra bir qazana azca su tökün və qurudu suda əzin.
  • Qurud əzmək  həm zövqlü , həm də bir az zəhmət tələb edən işdir.
  • Amma  qurud əzməsi  ləzzətli olur.
  • Qurud eyni zamanda sağlamlıq üçün də çox faydalıdır.
  • Xəşilin ətrafına sarımsaqlı və ya sarımsaqsız ayranı tökün.
    Bunlardan sonra xaşılı isti halda servis edin.

Qeyd:

Xəşil  bu təriflə qədim Ağbaba mahalında hazırlanırdı.

Nuş olsun!

So, what do you think ?