fbpx

Min Bir Dad

Xəşil

0

 Xəşil

xəşil

xəşil

Xəşil Xıdır Nəbi (Xıdır Elləz) günü bişirilir.

Xəşil ilə birlikdə Qovud da bişirilir.

Xəşil bişirmək üçün lazım olan ərzaqlar:

  • 3 su stəkanı xəşillik bulğur ( yəni çox incə çəkilmiş, döyülmüş incə bulğur) .
  • 1 çay qaşığı duz,
  • 1 qaşıq un,

Üzəri üçün:

  • 1 su stəkanı süzmə qatıq və ya qurut ayranı( sarmısaqlı və ya sarımsaqsız ),
  • 3 yemək qaşığı əridilmiş kərə yağı və  ya marqarin,

Xəşil hazırlanma qaydası:

  • Xəşillik bulğuru yuduqdan sonra  suyunu süzün.
  •  Bir qazana yığın.
  •  Üstünü örtə biləcək qədər su əlavə edib, duzunu əlavə edin.
  • Bulğur yaxşıca yumşalana qədər  bişirin.
  • Tam bişənə yaxın unu da əlavə edib möhkəm qarışdırın ki ,bir yerdə qalmasın.
  • Unun iyi çəkiləndən sonra ocağı söndürün.
  • Sonra geniş bir servis tabağına bişən xəşili yığın.
  • Bir qaşıq  yardımıyla düzəldib  ortasını  çuxurlaşdırın.
  • İstəyə görə bu çuxura əridilmiş yağı tökün.
  • Xəşilin ətrafına sarımsaqlı və ya sarımsaqsız ayranı tökün.
  • Bunlardan sonra xaşılı  isti halda servis  edin.

Qeyd:

Xəşili bu reseptlə qədim Ağbaba mahalında hazırlanırdı.

 

Qovud resepti

So, what do you think ?