Min Bir Dad

Xaçapuri acaruli

0
xaçapuri acaruli

xaçapuri acaruli

Lazım olanlar: 

  • Toz şəkər:  1  çay qaşığı,
  • Duz,
  • Un:  1 kq,
  • Maye yağ:  1 qaşıq,
  • Süd: 1 stəkan,
  • Qabartma tozu,
  • ilıq su: 0,5 litr,

İçlik üçün:

  • Təzə pendir-1 kq (sulquni pendiri),
  • Yumurta: 8-10 ədəd,
  • Kərə yağı: 10 qram.

Xaçapuri acaruli hazırlanma qaydası:

  • Un ələnir.
  • Unu ələməkdə məqsəd yalnız içərisindəki yad cisimlərdən qurtarmaq deyil, eyni zamanda un dənəciklərinin hava alıb məhsulun daha da ləzzətli olmasına nail olmaqdır.
  • 0,5 litr ilıq su südlə qarışdırılır və geniş bir qabda unun üzərinə tökülür.
  • Bunun içərisinə qabartma tozu, şəkər tozu, duz vv maye yağ əlavə olunub qarışdırılır.
  • Xəmir yoğrulur.
  • Acaruli xaçapuri xəmiri çox bərk olmamalıdır.
  • Xəmir yoğrulub hazır olduqdan sonra xəmirin acıyıb gəlməsi və dincəlməsi üçün 1-1,5 saat gözlədilir.
  • Bu zaman xəmir isti yerdə gözlədilməlidir və üstü yaxşıca örtülür.
  • Xaçapuri acaruli xəmiri gözlədilərkən, içlik hazırlanır.
  • İçlik hazırlamaq üçün əvvəlcə pendir mətbəx rəndəsindən keçirilir və ovxalanır.
  • Bundan sonra hazır olan xəmir təqribən 200 qram ağırlığında kündələrə ayrılır.
  • Kündələmə işi qurtardıqdan sonra hər bir kündə xaçapuri acaruli bişirmək üçün yayılır.
  • Bu yayılan xəmirin içərisinə hazırladığımız pendir səpilir və kənarları qıvrılır.
  • Qayıq formasında bükülür.
  • Xaçapuri acaruli qayıq formasında büküldükdən sonra soba isidilir.
  • Bükülüb bişməyə hazır xaçapuri acaruli bu sobada təqribən  dəqiqə bişirilir.
  • Kənarları qızarmağa başlayan xaçapuri acaruli sobadan çıxardılır.
  • İçərisinə pendirin üzərinə 1 yumurta vurulur.
  • Ancaq bu zaman yumurtanın sarısının dağılmamasına diqqət yetirmək lazımdır.
  • Yumurta vurulan xaçapuri acaruli yenidən sobaya verilir.
  • Burada yumurtanın ağ hissəsinin bişməsini gözləmək kafidir.
  • Yumurtanın sarısı tam bişməməlidir.
  • Bunun üçün də təqribən 2-3 dəqiqə kifayət edir.

So, what do you think ?