fbpx

Min Bir Dad

Xarço

0
Xarço

Xarço

Xarço

Xarço bişirmək üçün lazım olan ərzaqlar: 

  • Mal əti (və ya qoyun əti): 600 q,
  • Baş soğan: 2 ədəd,
  • Orta ölçülü kök: 1 ədəd,
  • Pomidor: 4 ədəd,
  • Yaşıl bibər (şirin): 2 ədəd,
  • Acı bibər: 1 ədəd,
  • Sarımsaq: 3 və ya 5 diş,
  • Yumru düyü: 4 qaşıq,
  • Təmizlənmiş qoz ləpəsi: 1/2 stəkan,
  • İstiot (əzilməmiş): 5-10 ədəd dənəcik,
  • Dəfnə yarqağı (lavrovıy list): 2 yarpaq,
  • Maye bitki yağı: 2 qaşıq,
  • Duz: zövqə görə,
  • Göyərti: keşniş, cəfəri-1/2 dəstə,

Xarço bişirilmə qaydası: 

  • Xarço bişirmək üçün əvvəlcə qoyun və ya mal əti çox da kiçik olmayan tikələrə səliqə ilə doğranılır. Bundan sonra doğradığımız ət tikələri bir tavaya qoyulur vv çox güclü odda qızardılır.
  • Bu ətlərin qızardıldığı əsnada baş soğanların qabıqları soyulur, bundan sonra doğranılır.
  • Bundan sonra yerkökü qabıqları soyulur.
  • Qabıqları soyulan yerkökü də doğranılır.
  • Soyulub doğranılmış soğan və yerkökü də ətə əlavə olunur və birlikdə qovrulurlar.
  • Soğan, yerkökü və ət birlikdə 10-15 dəqiqə qarışdırılaraq qovrulur.
  • 10-15 dəqiqə birlikdə qovrulan ət, soğan və kök, bir qazana qoyulur.
  • Bunların üzərinə su əlavə edilir. Suyun miqdarı: təqribən 2,5-3 litr olur. Diqqət: bu əlavə etdiyimiz su soyuq olmalıdır.
  • Qazan ocağa qoyulur və vam odda arada qarışdırılır.
  • Vam odda təqribən 30-45 dəqiqə arası qaynadılır.
  • Ancaq bu zaman qaynama müddəti ətin yaşı və növünə görə dəyişir.
  • Xarço, ət bişənə qədəd qaynadılır.
  • Yemək bişərkən, pomidorların qabıqları soyulur, içərisinin özəkləri çıxardılır.
  • Sonra pomidorlar sürtkəcdən keçirilir.
  • Şirin bibərlər yuyulur, kiçik ölçüdə doğranılır.
  • Çəyirdəkləri qarışmaması məsləhətdir.
  • Düyü yuyulur.
  • Qazandakı əti kontrol edirik.
  • Tam bişdikdən sonra sürtkəcdən keçirilmiş pomidor və doğranmış bibərlər qazana əlavə edilir.
  • Bundan sonra XARÇO üçün düyü də əlavə edilir və düyü də bişənə qədər qazan ocağın üzərindən götürülmür.
  • Bu zaman istiot dənələri əzilir.
  • Sarımsaqlar əzilir.
  • Qoz ləpəsi əzilir.
  • Bişən yeməyə əzilən istiot, sarımsaq, qoz və dəfnə yarpaqları əlavə edilir və qarışdırılır.
  • Bundan sonra ocaq söndürülür.
  • Ancaq xarço süfrəyə verilməzdən əvvəl təqribən 20 dəqiqə gözlədilməlidir.
  • Yemək süfrəyə verilən zaman üzərinə halqa formasında doğranmış acı bibər, kiçik – kiçik doğranmış keşniş, cəfəri göyərtiləri tökülür.

Nuş olsun!

 

 

 

So, what do you think ?