Min Bir Dad

Xaşlama ət

0
Xaşlama ət

Xaşlama ət

Xaşlama ət bişirmək üçün lazım olan ərzaqlar:

  • 1 kiloqram sümüklü ət,
  • 10-15 ədəd kiçik ölçülü baş soğan,
  • 7-8 ədəd kartof,
  • 6-7 ədəd qurudulmuş  bibər,
  • İstiot,
  • duz,
  • pul bibər,
  • 2 ədəd dəfnə yarpağı,

Xaşlama ətin  hazırlanma qaydası: 

  • Sümüklü ət doğranılır və yuyulur.
  • Yuyulan doğranmış ət daha sonra qazana qoyulur.
  • Tez bişməsi üçün buxarlı qazandan istifadə edilməsi məqsədəuyğundur.
  • Buxarlı qazana qoyulan sümüklü ətin üzərinə 2 stəkan qaynar su əlavə edilir.
  • Bundan sonra ət olan qazan ocağın üzərinə qoyulur.
  • Qazan qaynamağa başladıqdan sonra üzərində əmələ gələn köpük  alınır.
  • Köpürlər alındıqdan sonra qazana dəfnə yarpağı da əlavə edilir.
  • Qazanda müəyyən müddət qaynayıb yumşalan sümüklü ət yumşaldıqdan sonra buraya quru bibərlər, soyulmuş kartoflar və kiçik baş soğanlar əlavə edilir.
  • Bunları qarışdırdıqdan sonra ətə duz, pul bibər və istiot da əlavə edilir.
  • Ədviyyat da əlavə edilən xaşlama ət, bişməsi üçün qazanın qapağı örtülür və bişənə qədər vam odda bişirilir.

 

So, what do you think ?