Min Bir Dad

Xırt-xırt kartof

 

Xırt-xırt kartof

Lazım olan ərzaqlar:

  • Ammerlander kərə yağı 50 qram,
  • Qauda pendiri: 100 qram,
  • Kartof: 2 ədəd,
  • Göyərti,
  • Suxarı,
  • Duz,
  • İstiot

Xırt-xırt kartofun  hazırlanma qaydası:

  • Göyərti kiçik-kiçik doğranılır.
  • Suxarı əlavə edilir və qarışdırılır.
  • Qauda pendiri sürtkəcdən keçirilir.
  • Sürtkəcdən keçirilmiş pendir suxarılı göyərti ilə qarışdırılır və birlikdə yenidən kiçik-kiçik doğranılır.
  • Kartofun uzunlamasına içərisindən bambu kabab şişi keçirilir.
  • Bıçaq vasitəsi ilə spiral formasında kəsilir.
  • Spirallar bir-birindən aralanır.
  • Sobanın sinisinin içərisinə bişirmə kağızı sərilir.
  • Spiral formasında kəsilmiş kartof buraya qoyulur.
  • Yüngül əridilmiş Ammerlander kərə yağı fırça vasitəsi ilə kartofun üzərinə sürülür.
  • Yağlanmış kartofun üzərinə Qauda pendirli göyərtili suxarı səpilir.
  • 180 0C isidilmiş sobada qızarana kimi bişirilir.

Nuş olsun!

 

So, what do you think ?