sayfa içeriği

Min Bir Dad

Xiyar turşusu

Xiyar turşusu

Xiyar turşusu

Lazım olan ərzaqlar:

  • Turşuluq xiyar,
  • Diş- diş ayırtlanmış sarımsaq,
  • Noxud,
  • Turşu suyu,
  • Şüyüd,
  •   Dəfnə yarpağı,

Hazırlanma qaydası:

  • Körpə və kiçik xiyarları yaxşıca yuyun.
  • Yuduqdan sonra suyunu süzməyə qoyun.
  • Nəmli qalan hissələrini isə dəsmal ilə qurudun.
  • Xiyarların üzərində bir neçə yerindən çəngəllə deşin.
  • Turşu hazırlayacağınız bankaların alt hissəsinə 5-6 dənə diş sarımsaq və noxud dənələri yerləşdirin.
  • Xiyarları əzmədən bankaları  doldurun.
  • Xiyar qatlarının aralarına sarımsaq və noxud dənələri yığın.
  • Bankanın üst hissəsinə şüyüd dəstəsi və bir neçə dənə dəfnə yarpağı ilə qapağı qoyun.
  • Daha öncə bəhs etdiyimiz ölçüler əsasında hazırladığınız turşu suyunu xiyarın üzərinə əlavə edin.
  • Suyu da əlavə etdikdən sonra bankanın ağzını möhkəm bağlayın.
  • Xiyarlar turşuduqca bankalardan sular axaraq azalır .
  • Buna görə də su azaldıqca bankaya turşu suyu əlavə etmək lazımdır.
  • Xiyarın  seçilməsindən asılı olaraq kölgə və ətraf temperatur şəraitində 3-5 həftə içində  yeyilnməyə hazır olacaqlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *