Min Bir Dad

Yağlı bibər turşusu

Yağlı bibər turşusu

Yağlı bibər turşusu

Yağlı bibər turşusu

 

Yağlı bibər turşusu

Turşular azəri mətbəxinin vazkeçilməz  bir qidasıdır.

Əsasən sirkə istifadə edilərək hazırlanan turşular çox məşhurdur.

Eyni zamanda sirkə ilə yanaşı yağ, duz, şəkər də istifadə edərək turşu hazırlayan bəzi bölgələr vardır.

Bu turşuları əsasən nazik uzunsov bibərlərdən hazırlayırlar.

Uzunsov bibərlərdən hazırlanan acı bibər turşusunu tez-tez qarışdırın ki, yağ bütün bibərlərə də dəysin.

 Lazım olan ərzaqlar:

  • 2 kq uzunsov   bibər ,
  • 1 stəkan  sirkə ( Üzüm və  ya alma ),
  • 1 stəkan günəbaxan yağı,
  • 2 yemək qaşığı duz,
  • 1 dolu  yemək qaşığı toz şəkər,
  • Sarımsaq,
  • cəfəri

Hazırlanma qaydası:

1 ci üsul:

  • Bibərləri təmiz yuyun.
  • Quruyan bibərləri əllə azcz basdıraraq turşunu qoyacağınız bankaya yığın.
  • Aralarına bir neçə  dənə diş sarımsaq   və  cəfəri yarpaqları atın.
  • Bir litrəlik banka hesabına bir su stəkanı yağ, bir stəkan sirkə, duz və şəkər tozu əlavə edib ağzını möhkəm bağlayın.
  • Bankaları yanı üstə yıxın.
  • Bu zaman içində bankaların qapaqları əsla açılmaz.
  • Hər gün nəzarət edilən bankalar  gün içərisində bir neçə dəfə hərəkət etdirərək yağ və sirkənin bibərin hər yanına yaxılmış olsun.
  • Bu işləmi 10-12 gün davam etdirin.
  • Hazır olan turşuları sərin bir yerdə saxlanaraq istifadə edilir.

2 -ci üsul:

  • Bibərləri təmiz yuyub qurudun.
  • Bibərləri ortadan ikiyə bölün.
  • Dərin bir qazanda yağ və sirkəni qataraq qaynadın.
  • Bibərləri qaynayan yağlı sirkəyəı ataraq azca bişirərək  süzün və soyumağa qoyun.
  • Soyuduqdan sonra duz və şəkəriqataraq bibərlərin üzərinə səpib qarışdırın.
  • Sarımsaqları iri-iri doğrayıb  bibərlərin içinə qatın.
  • Cəfəri  yarpaqlarını da əlavə edin.
  • Bütün ərzaqları qarışdırın.
  • Hazırladığınız bibərləri şüşə bankalara yığın.
  • Kənarda soyuyan yağlı suyu da bibərlərin üzərinə əlavə esdin.
  • bankaların ağzını möhkəmcə bağlayıb  çox günəş görməyən yerdə 10-12 gün saxlayın.
  • Sürə sonunda rurşu yeməyə hazır olur.

So, what do you think ?