Min Bir Dad

Yağsız rəvani

Yağsız-Revani-Tarifi

Yağsız rəvani 

Yağsız rəvani hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 3 yumurta,
  • 1 çay stəkanı şəkər,
  • 1 stəkan qatıq,1 stəkan irmik,
  • 1 stəkan un,
  • 1 paket qabartma tozu,
  • 1 paket vanilin,
  • 1 ədət limon qabığı rəndəsi,
  • bir az duz,

Şərbəti üçün:

  • 2 stəkan şəkər,
  • 2 stəkan su,
  • yarım limon suyu,
  • 1 azca duz,

Üst kremini hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 2,5 stəkan süd,
  • 3 yemək qaşığı un,
  • 4 yemək qaşığı şəkər,
  • 2 yemək qaşığı hind qozu,

Yağsız rəvanının hazırlanma qaydası:

  • Rəvani hazırlamaq üçün lazım olan ərzaqların hamısını bir qabda   çırpıb  yağlanmış fırın sinisinə tökün.
  • Əvvəlcədən 200 dərəcə qızdırdığınız fırında  bişirin.
  • Rəvani bişərkən su,limon və şəkəri qazanda qaynamağa qoyun.
  • Şərbəti15 dəqiqə qaynadıb ocaqdan alın.
  • Keksli şirniyyatlarda ya şərbət isti  olacaq, keks soyuq , ya da əksinə olacaqdır. Bəzən də hər ikisi- həm şərbət, həm də keks ilıq olacaqdır.
  •  Ona görə də şirniyyatın şərbətini bunlardan birinə uyğun tökməyə çalışın.
  • Üzəri üçün  kremi hazırlayanda  əvvəlcə unu qovurun ki, unun iyi olmasın.
  • Unun iyi olmayanda keks daha ləzzətli olur. Kremi hazırlamaq üçün bütün ərzaqları qatıb bişirin.
  •  Bişən kremi mikserlə yaxşıca çırpıb  bişirdiyiniz şirniyyatın üzərinə yayın.
  • Şirniyyatı ən az 2-3 saat gızlədin ki, daha da dadlı olsun.
  • Hətda bir gün əvvəlcədən də bişirə bilərsiniz.
  • Ancaq kremini bir gün əvvəlcədən hazırlamayın.
  •  Kremini də əvvəlcədən hazırlasanız onda şirniyyatınız kıhnəlmiş kimi görünəcəkdir.

So, what do you think ?