fbpx

Min Bir Dad

Yarpaq dolması

0

Yarpaq dolması

Yarpaq dolması

Yarpaq dolması

Yarpaq dolması Azərbaycan süfrələrinin bəzəyidir.

İnsanların  hər öyündə sevərək  tükətdikləri  yarpaq dolması mətbəximizin  gündəmdə olan  ləzzətlıri arasında yer alır.

Yarpaq dolması bir yemək masasında olduğu zaman  bütün  gözləri üzərinə çevirəcək  təamlardan biridir.

Bunları nəzərə alan 1001 dad yemək saytı sizləri Yarpaq dolmasına qonaq edərək yaxınlarınızla birlikdə hazırlayaraq nuş etməyinizi  arzu edir.

Yarpaq dolması bişirmək üçün lazım olan ərzaqlar:

  • 100 qram qoyun əti,
  • 30 qram düyü,
  • 20 qram baş soğan,
  • Keşniş,
  • Şüyüd,
  • Nanə,
  • 40 qram üzüm yarqağı,
  • 20 qram qatıq,
  • 10 qram ərinmiş yağ,
  • duz,
  • istiot,
  • darçın,
  • Noxud ləpəsi (istəyə görə bəzi hallarda).

Yarpaq dolmasının  hazırlanma qaydası:

  • Yarpaq dolması hazarlımaq üçün əvvəlcə qoyun ətindən qiymə hazırlanır.
  • Qoyun əti ətçəkən maşından keçirilərkən, onunla birlikdə baş soğan da maşından keçrilir.
  • Soğanlı qiymə əldə edilmiş olur.
  • Soğanlı qiymə hazırlandıqdan sonra bunlara göyərtilər: keşniş, süyüd, nanə vurulur.
  • Daha sonra keşniş, şüyüd, nanə vurulan soğanlı qiyməyə istiot və duz da əlavə edilir və qiymə qarışdırılır.
  • Dolmanın içi hazır olduqdan sonra təzə və ya duza konservləşdirilmiş üzüm yarpaqları suda pörtlədilir və dolma bişirməyə hazır hala gətirilir.
  • Pörtlədilmiş üzüm yarpaqları səliqə ilə açılır.
  • Qiymə yaxşıca qarışdırılır və hər yarpağa təqribən 25 qram olacaq şəkildə (dolmanın ölçüsü və yarpağın ölçüsünə görə bu miqdar dəyişir) qoyulur.
  • Yarpaq dolmaları bükülür.
  • Bükülən dolmalar səliqə ilə qazana düzülür.
  • Bəzi hallarda yarpaq dolması sapa muncuq şəklində düzülür və bu halda qazana düzülür.
  • Dolmalar qazana düzüldükdən sonra üzərinə bir az su əlavə edilir və vam odda bişirilməyə başlayır.
  • Dolma bişərkən üzərinə tərsinə çevrilmiş bir qab qoyulur və qapağı örtülür.
  • Dolmanın bişmə müddəti təqribən bir saatdır.
  • Dolma süfrəyə verilərkən yanında ayrıca qatıq verilir.
  • Bu zaman sarımsaqlı qatıqdan da istifadə etmək mümkündür.

 

So, what do you think ?