Min Bir Dad

Yarpaq xəngəli

0

Yarpaq Xəngəli

Yarpaq xəngəli Azərbaycan mətbəxinin ləzzətli təamlarından biridir.

Lazım olan ərzaqlar:

  • Odad un
  • Yumurta: 1 ədəd
  • Duz
  • Su: 2 stəkan (xəmir yoğurmaq üçün)
  • Kərə yağı: 150 qram
  • Quru soğan (üzəri üçün)
  • Qatıq (üzəri üçün)
  • Duru yağ: 1 qaşıq (bişirmə suyu üçün)

Yarpaq Xəngəli  bişirmə qaydası:

Unun içərisinə duz vurulur və 1 ədəd yumurta qırılır. 2 stəkan su əlavə edilir. Xəngəl üçün xəmir yoğrulur. Xəmir yoğrulub artıq ələ yapışmamağa başladığı zaman xəmir bərabər ölçülü kiçik kündələrə ayrılır. Oxlov vasitəsi ilə xəmir kündələri yayılır. Yayma yayılarkən masaya yapışmaması üçün masanın üzərinə arada biraz un səpilir.

Yuxa yayıldıqdan sonra oxlova dolanır. Ortasından oxlov boyunca kəskin bıçaq vasitəsi ilə kəsilir.

Kəsilən yarpaq xəngəl hissələri pozulmadan üst-üstə halda ortadan uzunlamasına bir dəfə də kəsilir və bundan sonra eninə olaraq doğranır.

Yarpaq xəngəl bişirmək üçün geniş bir qazanda su qaynadılır. Suya biraz duz, 1 qaşıq duru yağ vurulur və qaynaması gözlənir.

Su qaynadıqdan sonra kəsilən xəngəl yarpaqları bir birinə yapışmaması üçün tək – tək suya tökülür.

Arada qarışdırılır.

Bişdikdən sonra suyu süzülür.

Üzərinə soğanın hazırlanması:

Soğan doğranır. Kərə yağ tavada əridilir. Tavada əriyən kərə yağına doğranmış baş soğan və duz vurulur və soğanlar rəngi karamelizə olana kimi qovrulur.

Geniş bir qaba alınan Yarpaq Xəngəli üzərinə qovrulmuş soğan və qatıq vurularaq süfrəyə verilir.

Nuş olsun!

 

Bənzər xəngəl reseptləri:

So, what do you think ?