sayfa içeriği

Min Bir Dad

Yaşıl pomidor turşusu

Yaşıl pomidor turşusu

Yaşıl pomidor turşusu

Yaşıl pomidor turşusu.

Azəri mətbəxində qış hazırlıqları içərisində turşu hazırlamaq önəmli yer tutur.

Çox çeşidli meyvə tərəvəzlərdən istifadə edərək ləzzətli turşular hazırlamaq olar.

Yaşıl pomidor turşusunun da mətbəximizdə özünəməxsus yeri vardır.

Bu turşunu hazırlayarkən diqqət edəcəyimiz təməl qaydalara əməl etmək yetərli olacaqdır.

Bu qaydalar arasında ən önəmlisi istifadə edəcəyiniz malzəmələrin keyfiyyəti və istifadə olunacaq turşu suyunun hazırlanmasıdır.

 Turşunuzda ana malzəmə yaşıl  pomidordur.

Siz turşu  bankalarınızı rəngləndirmək üçün araya qırmızı acı bibər, limon dilimləri  və s. də qata bilərsiniz. 

Bu turşu dçox zaman  limon suyu ilə hazırlanır.

Arzu edənlər sirkə   ilə də hazırlaya bilərlər.

Lazım olan ərzaqlar:

  • İstənilən miqdarda yaşıl pomidor,
  • İstənilən  miqdarda acı bibər,
  • 5 yemək qaşığı qaya duzu,
  • 1 l qaynadılıb soyutulmuş su,
  • 2-3 yemək qaşığı şəkər,
  • 8-10 diş sarımsaq,
  • 2 limonun suyu,
  • 1 çay stəkanı  üzüm sirkəsi,
  • Cəfəri ,
  • Şüyüd,
  • Noxud

Hazırlanma qaydası:

  • Pomidorları yaxşıca yuyun..
  • Bütün istifadə edəcəksinizsə  bıçağınızla 4-5 yerindən ortasına qədər deşin.
  • Arzu etsəniz  bütün pomidorlarınızı  alma  dilimi   kimi dördə bölüb  də bankalara yığa bilərsiniz.
  • Qaynar suda sterilizə edib qurutduğunuz bankaların alt hissəsinə  8-10 dənə  noxud qoyun.
  • Pomidorları bankalara əzilməyəcək şəkildə yerləşdirin .
  • Bunu  hazırlayarkən  aralara sarımsaq  və acı bibərlər də əlavə edin.
  • Bankaların boğumuna qədər doldurmuş olduğunuz yaşıl pomidorların üzərinə cəfəri və ya şüyüd əlavə edin.
  • Bir qab içərisində turşunun suyunu hazırlayın.
  • Bunun üçün  1 lt qaynamış soyumuş suya, limon suyunu, şəkəri, iri dişli qaya duzunu qatıb qarışdıraraq bir turşu suyu əldə etmiş olarsınız.
  • Arzu edənlır limon suyu yerinə sirkə  istifadə edə bilərsiniz.
  • Bəzən limon suyu və sirkəni birlikdə də istifadə edirlər.
  • Turşu suyu cəfərinin üzərinə çıxacaq şəkildə bankaya doldurun.
  • Turşu suyu pomidorların üzərini tamamən örtməzsə turşu xarab ola bilər.
  • Qapağını sıx  qapatdığınız turşularınızı sərin,  günəş görməyən nisbətən qaranlıq  bir ortamda turşumağa  qoyun.
  • Ən az 20-30 gün ərzində turşuyan pomidorları  tükədə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *