Min Bir Dad

Yeni il salatı

0

Yeni il salatı

 

yeni il salatı

 

Yeni il süfrələrinizi bəzəyəcək bir salat axtarırsınız? Bu istəyinizi  nəzərə alan 1001 dad yemək saytı sizlər  üçün bir yeni il salatı təqdim etməyə çalışdı.

1001 dad saytı  bu salatı hazırlamağınızı və yaxınlarınızla   birlikdə nuş etməyinizi arzu edir.

Bu ərzaqlarla 6-8 porsiya  salat hazırlamaq olar.

Yeni il salatı  üçün lazım olan ərzaqlar:

  • 300 q  hinduşka (və ya toyuq) filesi,
    5 yumurta,
    150 q gavalı,
    100 q fındıq ləpəsi,
    100 q pendir
    mayonez,
    duz,

Yeni il salatının hazırlanma qaydası:

  • File  bişənə qədər qaynadın (hinduşka filesi qaynayandan təxminən 35 dəqiqə sonra, qaynayandan 20 dəqiqə sonra isə toyuq filesi bişir).
    Bişən fileni soyumağa qoyun.
  •   Hazır filenı incə doğrayın.
  • Gavalıları incə doğrayın.
  • Fındıqları bir bıçaqla  doğrayın .
  • Yumurtaları sarısından ayırın.
    Yumurta ağlarını  rəndələyin.
  • Sarısını rəndələyin.
  • Pendiri  rəndələyin.
  • 23 sm-lik boşqabın içərisinə fileni yayın.
  • Üzərinə azca duz səpin.
    Sonra isə üzərindən mayonez  yağlayın.
    Yumurta sarısını üzərinə yayın.
  • Üzərinə mayonez yağlayın.
  • Gavalıları sarının  üzərinə yayın.
    Üzərinə bir az   mayonez  yağlayın.
  • Gavalının üzərinə pendir qoyun.
    Mayonez ilə bir az yağlayın.
  • Pendir üzərindən  fındıq yayın.
    Mayonez yayın.
  • Salatın üzərindən yumurta ağını yayın.
  • Salatı bəzəmək üçün kökünü incə dilimləyin.
  • Salatı saat formasında bəzəməyə çalışın.
  • Kökün yardımı ilə saatın əqrəblərini və rəqəmlərini  yazın .
  • Bəzəmək üçün şüyüd yarpaqlarından da istifadə edə bilərsiniz.

Nuş olsun!

 

So, what do you think ?