fbpx

Min Bir Dad

Yerköklü keks

havuclu-kek-001-4-595x350

Yerköklü keks

Yerköklü keks üçün lazım olan ərzaqlar:

  • 1 ədəd portağal,
  • 250 q kök,
  •  4 ədəd yumurta,
  • 120 q şəkər,
  •  12 ml üzüm çəyirdəyi yağı,
  • 1 çay qaşığı vanilin ,
  •  125 q quru üzüm,
  •  250 q un.
  •  1 çay qaşığı toz darçın,

Sosu  üçün:

  • 1 qutu pendir,
  •  100 q otaq  temperaturunda yumşaq marqarin,
  •  80 q pudra şəkəri,
  •  120 q əzilmiş Hind  qozu,

Yerköklü  keksin hazırlanma qaydası:

  •  Fırını əvvəlcədən 180  dərəcə qızdırın.
  • Portağalın qabıqlarını rəndələyin və  suyunu sıxın.
  • Kökün qabıqlarını  soyduqdan sonra rəndəylə rəndələyin.
  • Mətbəx robortunda yumurtaları, şəkəri qarışdırın. Üzərinə portağal suyunu və qabıqlarını, üzüm çəyirdəyi yağını və vanilini əlavə edin.
  • Unu, üzüm  yağı  və kökü qatdıqdan sonra  yenidən qarışdırın. Yağlanmış keks qəlibinin  içinə  karışığı tökün və 35 dəqiqəyə yaxın bişirin.
  • Keksi qəlibdən çıxardın və soyumağa qoyun.
  • Sosun ərzaqlarını  qatılaşana qədər qarışdırın və bir spatulayla keksin üzərinə sürtün.
  • Son olaraq üzərinə Hind   qozu  səpin.

Nuş olsun!

So, what do you think ?