Min Bir Dad

Yumşacıq Osetiya çörəyi

0

Yumşacıq Osetiya çörəyi

Qəhvəaltıda, çay saatlarında  fərqli və daha öncədən heç hazırlamadığınız bir çörək  tərifi vermək istəyirik . Osetiya çörəyi tərifi tam da sizin axtardığınız bir ləzzətdir.

Kartof və  holland pendiriylə  ləzzətlənən, hər dişləmədə yumşaqlığına heyran buraxan bu çörəyi hazırlamaq  da çox rahatdır.

Yüksək temperaturda bişən  çörək 12 dəqiqədə sobadan  çıxır.

Son nöqtəni isə xoş ətirli kərə yağı qoyur. 

Bu çörək həddindən çox yumşaq olur.

İç xərcini müxtəlif ərzaqlarla da hazırlaya bilərsiniz.

Pendirli, qiyməli, ispanaqlı, hətda xaşxaşlı və şokolad  kremlə də hazırlaya bilərsiniz.   

Osetiya çörəyini  bu həftə qəhvəaltıda sevdiklərinizlə paylaşmağa nə deyərsiniz?

 

Osetiya çörəyi üçün  lazım olan ərzaqlar:

  • 2 su stəkanı ilıq  süd.
  • 1 şirniyyat qaşığı  quru maya,
  • 1 yemək qaşığı toz şəkər,
  • 1/2 su stəkanı duru yağ,
  • 600 qram  un,
  • 1 şirniyyat  qaşığı  duz.

İçi üçün:

  • 3 ədəd bişmiş kartof,
  • 1,5 su stəkanı rəndələnmiş holland  pendiri,
  • 1 çay qaşığı duz

Üzəri   üçün:

  • 1 yemək qaşığı  kərə  yağı,

 

Osetiya çörəyinin hazırlanma qaydası:

  • Bişirib soyduğunuz   kartofları rəndələyin və  ya əzin.
  • Üzərinə rəndələnmiş holland pendiri və duzu əlavə edib  qarışdırın.
  • Hazır içi  bir kənarda gözlədin.
  • Geniş bir qarışdırma kasasında  ilıq süd  və quru mayanı qarışdırın.
  • Üzərinə toz şəkər və duru  yağ əlavə edib yenidən  qarışdırın.
  • Un və duzu da əlavə edib yumşaq bir xəmir əldə edənə qədər yoğurun.
  • Hazırladığınız  xəmirin  üzərinə streç film çəkərək  otaq  temperaturunda  1 saat mayalandırın.
  • Mayalanmış olan xəmiri  3 parçaya bölün.
  • Xəmiri əllə  açacağınız  üçün, xəmirin  yapışmaması üçün  əllərinizi yağlayın.
  • Dəzgaha aldığınız  xəmiri  dairə  şəklində, yemək tabağı böyüklüyündə əlinizlə   açın.
  • Hazırlamış olduğunuz içi də  3 hissəyə bölün və  hazırladığınız xəmirin orta hissəsinə  əlave edin.
  • Xəmiri  kənarlardan toparlayıb ortada birləşdirin.
  • Xəmiri  tərs çevirib  yenə əvvəl açdığınız kimi əllərinizi yağlayıb  açın.
  • Hazırladığınız çörəyi bişirmə kağızı sərili soba sinisinə qoyun.
  • Xəmirin  orta  hissəsini  bıçaq yardımıyla kiçicik açın.
  • Əvvəlcədən 220 dərəcə qızdırdığınız sobada 12 dəqiqədə nəzarət edərək bişirin.
  • Bişən çörəyi  sobadan çıxartdıqdan sonra üzərini  kərə  yağıyla yağlayın.

Nuş olsun!

So, what do you think ?