Min Bir Dad

Yumşaq çörək

0
Yumşaq Çörək

Yumşaq çörək

Yumşaq çörək

Yumşaq çörək necə bişirmək olar? Evdə özünüz çörək bişirmisinizmi? Bişirdiyiniz çörək quru olub? Elə isə buyurun, yup – yumşaq çörək necə bişirildiyini birlikdə öyrənək. 

Təqdim etdiyimiz ÇÖRƏK resepti həm çox yumşaq olur, həm də gec boyatlayır

Yumşaq çörək bişirmək üçün lazım olan ərzaqlar:

  • 290 milli litr su (1 stəkan + 1/4 stəkan)
  • 500 qram ələnmiş un (4 stəkan + 1 qaşıq)
  • 3 qaşıq qatıq
  • 3 qaşıq otaq temperaturunda kərə yağı
  • 1 qaşıq bal
  • 1 kiçik qaşıq duz
  • 1  paket + 1 kiçik qaşıq instant maya

Yumşaq çörək bişirmə qaydası:

  • Ev şəraitində Yumşaq Çörək bişirmək üçün unu ələyin və geniş bir qaba (ləyən) qoyun.
  • Bu ələdiyinizunun ortasını hovuz kimi açın.
  • Bu un hovuzunun çuxuruna xəmir üçün götürdüyünüz bütün məhsulları (ərinmiş kərə yağı, qatıq, , bal, duz,insant maya, su) qoyun.
  • Sonra unu yavaş – yavaş hovuzun kənarlarından iç hissəsinə alaraq yumşaq qatılıqda bir xəmir hazırlayın.
  • Xəmiri yaxşıca yoğurun.
  • Sonnra xəmiri toplayın.
  • İndi isə Yumşaq Çörək bişiriləcək xəmiri acıtmaq lazımdır.
  • Bunun üçün hazır xəmiri bir qaba qoyun.
  • Qabın üzərini streç film və ya qapaqla örtün və mümkün olsa qabı parça ilə də örtün.
  • Xəmirinacıması üçün isti bir yerdə təqribən dəqiqə gözlədin.
  • Sıra gəldi çörək bişiriləcək qəlibin hazırlanmasına.
    Bunun üçün qəlibin içərisini yağlı kağız ilə örtün.
    Acımış xəmiri səliqəli bir şəkildə qəlibə yerləşdirin.
    Xəmiri bu şəkildə də təqribən yarım saat gözlədim yenidən acıyıb özünü tutmasını gözləyin.
    Xəmirin acıyıb mayalanması çox vacibdir.
    Bu zaman çörək şişir və içərisində gözənəklər meydana gəlir.
    Duxovkanı 200 dərəcəyə isidin.
    Xəmiri isti duxovkaya yerləşdirin.
    Yumşaq çörək burada təqribən 10 dəqiqə bişirilir.
    Bundan sonra duxovkanın temperaturu 170 dərəcəyə azaldılır.
    170 dərəcə temperaturlu duxovkada çörək təqribən 30-35 dəqiqə bişirilir.
    Bundan sonra bişib hazır olan Yumşaq Çörək duxovkadan çıxardılır.
    Çörək içinin xəmirləşməməsi və hava alması üçün müəyyən bir vaxt setka üzərində gözlədilir.
    Artıq rahatlıqla Yumşaq Çörək süfrəyə verilə bilər.
    Nuş olsun!
    Bənzər reseptlər:

So, what do you think ?