sayfa içeriği

Min Bir Dad

Yumurta dolması

Yumurta dolması

yumurta dolması

Yumurta dolması

 5 nəfərlik

Hazırlanma sürəsi

50 dəqiqə.

Bişirmə sürəsi

10 dəqiqə

 Lazım olan ərzaqlar

  • 5 ədəd yumurta,
  • 500 q yağsız qiymə,
  • 1 dəstə təzə soğan,
  • 2 diş sarımsaq,
  • 2 yemək qaşığı xardal,
  • 1 yemək qaşığı ketçap,
  • 3 yemək qaşığı süzmə zeytunyağı,
  • 1 yemək qaşəğə qarğıdalı və ya buğda unu,
  • 2 dolu qaşıq cirə,
  • 1 çay qaşığı dolu duz,
  • 1 çay qaşıq pul bibər,
  • 1 çay qaşığı istiot,
  • 1 çay qaşığı kəklikotu

Sosu üçün:

  • 1 yemək qaşığı qatıq,
  • 1 yemeə qaşığı mayonez,
  • 1 şirniyyat qaşığı  xardal,
  • 1 diş sarımsaq,
  • 1/2 şirniyyat qaşığı incə doğranmış şüyüd,
  • 1 çay qaşığı  qırmızı bibər (arzuya görə),
  • 1 çay qaşığı sumaq (arzuya görə),

Qızartmaq  üçün:

  • 1/2 su stəkanı buğda unu,
  • 1 yemək qaşığı qarğıdalı  unu,
  • 1 yemək qaşığı irmik,
  • 2 dənə  çırpılmış yumurta,
  • 1 su stəkanı  çəkilmiş suxarı unu,
  • 1 litrə günəbaxan  yağı

 

Not

Yumurtaların  çox az bişməsinə diqqət edin.

İstədiyiniz kimi bişməsi üçün buzlu suya  qoya bilərsiniz.

Yumurtaları az bişirdiyiniz üçün  soyarkən çalışın dağılmasınlar.

Rahat soyulması üçün  qaynama suyuna bir miqdar duz əlavə edin.

Hazırladığınız qıymənin üzərini yumurta ilə örtərkən qarışımın çox qaln olmamasına çalışın , əks təqdirdə içərisinin bişməsi çox gecikə bilər.

 

Hazırlanma qaydası

  •  Sosunu hazırlamaq üçün rəndələdiyiniz sarımsaq və digər ərzaqları bir kasada çəngəl yardımı ilə qarışdırın.
  • Əvvəlcədən otaq temperaturuna gətirdiyiniz yumurtalara bir miqdar duz əlavə edərək qaynar suda 3= 4 dəqiqə bişirin.
  • Bişmənin davam etrməməsi üçün yumurtaları soyuq suya qoyun.
  • Soyutduğunuz yumurtaları soyup üzərindəki nəmi bir kağız dəsmal  yardımıyla qurulayın.
  • Qiymə, incə= incə doğradığınız   təzə  soğanlar, rəndələnmiş sarımsaq  və  diğər ərzaqları dərin  bir qabda yaxşıca  qarışdırıb yoğurun.
  • Ərzaqlar tamamən qarışdıqdan sonra qarışığı 5  bərabər hissəyə bölün.
  • Qiymə parçalarının birini əlinizlə yaxşıca düzləşdirin.
  • Üzərinə bişirdiyiniz yumurtanı qoyub altdan yanlara doğru yavaş  yavaş qiymənin üzərinə yaxın.
  •  Sonrasında yumurtayı həddindən çox əzmədən  iki əlinizin arasında şəkil verin.
  • Qiymənin yumurtanın ətrafına eyni qalınlıqda örtməsinə çalışın.
  • Qalan yumurtalar üçün də eyni işləmi yerinə yetirin.
  • Hazırladığınız küfələri əvvəlcə una, sonra isə çırpılmış  yumurtaya və sonda isə suxarı ununa batıraraq yaxşı qızdırdığınız yağın içərisində qızarana qədər 3=4 dəqiqə  qızardın.
  • Qızartdığınız yumurtalı küftələri kağız dəsmal üzərinə alaraq yağının sorulmasını gözləyin.
  • Ortadan ikiyə bölüb əvvəlcədən hazırladığınız sosu da əlavə edərək isti halda servis edin.
  • Yağı yaxşı qızdırsanız yemək yağı az çəkə bilər və xırt ||xırt olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *