sayfa içeriği

Min Bir Dad

Yumurtalı pidə

yumurtali-pide

yumurtali-pidə

Yumurtalı pidə

Fırından yeni çıxmış isti pidələr, orta hissəsində  bir bütün ərik kimi bərk yumurta .

Alt hissəsində ərimiş holland pendiri  və kənarları çıtır çıtır. 

6 nəfərlik,

40 dəqiqəyə hazırlanır,

20 dəqiqəyə bişir

Lazım olan ərzaqlar

Xəmiri üçün:

  • 1 ədəd yumurta
  • 1/2 sstəkan süd,
  • 1/2 stəkan su,
  • 1/2 stəkan günəbaxan  yağı,
  • 50 q əridilmiş kərə  yağı,
  • 1 yemək qaşığ  quru maya,
  • 1 şirniyyat qaşığı  toz şəkər,
  • 1 çay qaşığı duz,
  • 3,5 sstəkan  un

İçi üçün:

  • 1 su stəkanı holland pendiri,
  • 6  ədəd  yumurta

Üzəri (bişirmək) üçün:

  • 1 ədəd tyumurta sarısı,
  • 2 yemək qaşığı süd,
  • 2 yemək qaşığı  zeytun  yağı

Qeyd

  • Mayalanması üçün xəmiri otaq   temperaturunda  ortalama 60   dəqiqəyə yaxın gözlədin.
  • Açdığınız xəmir kündələrin  üzərinə  bir az  süd  sürtün, asan bağlanıb açıq   pidə şəklini alacaqdlr.
  • Fırını əvvəlcədən 190  200 dərəcəyə yaxın qlzdırın.

Bişirmə məsləhəti 

  • Yumurtaların    üzərinə arzu etdiyiniz ədviyyatları səpin.
  • Fərqli pendir çeşidlərindən istifadə edə bilərsiniz.
  • Yumurtaları holland pendiri əridikdən snra fırından çıxardlb üzərinə qıra bilərsiniz.

Hazırlanma qaydası

  • Quru maya və toz şəkəri südlə qarışdıraraq mayanın şişməsi üçün kiçik bir qabda bir az  saxlayın.
  • Maya qarışışığını geniş bir qaba alın və otaq temperaturunda olan yumurta, süd, zeytun yağı  və əridilmiş kərə yağını qatın.
  • Bütün ərzaqları əlinizlə qarışdırın.
  • Yavaş yavaş ələnmiş un əlavə edərək  duzunu qatın.
  • Bütün ərzaqları qatdıqdan sonra yumşaq bir xəmir hazlrlayln.
  • Üzərinə az nəmli bir bez örtərək 60 dəqiqəyə yaxln mayalanmaya qoyun.
  • Mayalanmış xəmiri 6 bərabər hissəyə bölüb  mətbəx dəzgahı üzərində basdıraraq yuvarlayın.
  • Xəfif unlanmış mətbəx dəzgahı  üzərində vərdənə yardımı ilə açdığınız kündələrin üc hissələrini sıxaraq qapadın.
  • Qayıq şəklini alan xəmirlərin orta  hissəsini açıq buraxın.
  • Bütün kündələri eyni şəkildə hazırlayın.
  • Hazırladığınız xəmirləri yağlı kağız sərilmiş fırın sinisinə düzün.
  • Orta hissələrinə r holland pendiri rəndələyin.
  • Bir ədəd yumurta qırın və çalışın ağı daşmasın.
  • Xəmirlərin kənarlarına yumurta fırçası yardımı ilə çırpılmış yumurta, süd və yağ sürtün.
  • Əvvəlcədən 200 dərəcə qızdırdığınız fırında kənarları qızarana qədər  bişirin.
  • Fırından çıxardığınız pidələr ilındıqdan sonra sevdiklərinizlə paylaşın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *