Min Bir Dad

Yumurtalı pomidor dolması

Yumurtalı pomidor dolması

Yumurtalı pomidor dolması

Yumurtalı pomidor dolması

Tavada yumurta yerinə pomidorun  içində yumurta bişirməyə  nə deyərsiniz? Pomidora çəngəllə toxunduqda  içərisindəki pendir uzansın getsin, yumurtanın içi  çölünə daşsın.

 Bir bişirmə qabınız oldusa  bəs edər.Yumurtalı pomidor dolması tərifi axtarırsınız? Ən dadlı, ləzzətli polidor dolması reseptini 1001 dad yemək saytı sizlərə təqdim etməyi özünə borc bildi.Belə bir ləzzətli yeməyi həmən yaxınlarınızla, doğmalarınızla paylaşmağa çalıacaqsınız. 

4 nəfərlik

10 dəqiqəyə hazırlanır,

10 dəqiqəyə bişir,

Yumurtalı pomidor dolmasıüçün lazım olan ərzaqlar:

  •  4 ədəd   böyük pomidor,
  • 4 ədəd yumurta,
  • 1 su stəkanı rəndələnmiş holland pendiri,
  • 1 su stəkanı pomidor pürüsi,
  • 1/2 su  stəkanı isti su,
  • 2 yemək  qaşığı  zeytunyağı,
  • 1/2 çay qaşığı  duz,
  • 1/2 çay qaşığı  istiot,

Yumurtalı pomidor dolması   necə hazırlanır?

  • Bol suda yuduğunuz  böyük boy pomidorları  sap hissələrindən  qapaq şəklində kəsin.
  • Orta hissəsini  bir qaşıq yardımıyla çıxardın.
  • Duz və istiot  ilə ləzzətləndirin.

Dolmanın sosu üçün;

  • Zeytunyağını bir tavada qızdırın.
  • Pomidor  pürəsini əlavə edib  2- 3 dəqiqə  qədər orta atədə bişirin.
  • Pomidor püresi yerinə rəndələnmiş pomidor  və bir parça acı sos   istifadə edə bilərsiniz.
  • İsti  suyu   əlavə etdikdən  sonra sosu 2 dəqiqəyə yaxın  qaynadın.
  • Orta hissəsini  boşaltdığınız   pomidorların  içinə rəndələnmiş  holland pendirini    bərabər olaraq paylaşdırın.
  • Fırın   sinisinə  aldığınız pomidorların  içinə bir  ədəd  yumurta qırın.
  • Üzərinə duz və  istiot  səpin.
  • Pomidor  sosunu əlavə etdiyiniz yumurtalı yumurtalı pomidor  dolmalarını öncədən 200 dərəcə qızdırdığınız  fırında 10 dəqiqəyə yaxın bişirin.
  • Qızarmış çörək  dilimlərini bir- bir batıraraq  bu ləzzəti gözlətmədən  sevdiklərinizlə paylaşın.
  • İncə- incə doğranmış  təzə  soğan parçaları ilə servis edə bilərsiniz.

So, what do you think ?