Min Bir Dad

Yumurtalı və toyuqlu tost

0

Yumurtalı və toyuqlu tost

YUMURTALI VƏ TOYUQLU TOST

Yumurtalı və toyuqlu tost

Yumurtalı və toyuqlu tost

Yumurtalı və toyuqlu tost üçün lazım olan ərzaqlar:

  • 12 dilim kəpəkli çörək,
  • 3 ədəd toyuq döşü,
  •  3 ədəd yumurta,
  • 2 şorba qaşığı maye yağ,
  •  ½ çay qaşığı duz,

 Fəsləyən sosu üçün:

  •  ½ dəstə təzə fəsləyən,
  •  ½ çay stəkanı   fıstıq,
  •  2 diş sarımsaq(arzuya görə),
  •  1 çay stəkanı pendir(rəndələnmiş),
  •  2 şorba qaşığı zeytun yağı,
  •  1 çay qaşığı duz

Yumurtalı və toyuqlu tostun hazırlanma qaydası:

  • Toyuq döşünü yuyun.
  • Sonra toyuq döşünün hər iki üzünü qızardın.
  • Qızartdığınız toyuq döşünü ikiyə bölün.
  • 6 dədəd döş olacaqdır.
  • Digər tərəfdə tavanı qızmağa qoyun.
  • Qızdırdığınız tavaya maye yağ əlavə edin.
  • Yumurtaları təmiz yuyun.
  • Yuduqdan sonra şüşə kasaya yumurtaları qırın.
  • Yumurtaların üzərinə duz əlavə edib çəngəllə çırpın.
  • Əriyən maye yağın içinə yumurtanı tökün.
  • Yumurtanı heç qarışdırmayın.
  • Omletdə bişdiyi qədər bişirin.
  • Bişən yumurtanı da 6 hissəyə bölün.

Fəsləyənli sosun hazırlanma qaydası:

  • Saplaqlarından ayırdığınız fəsləyəni yaxşıca yuyun.
  • Təmiz bir bezin üzərində suynu çəkməyə qoyun.
  • Fıstıqları bir tavada qovurun.
  • Sonra fıstıqları rondodan keçirdin.
  • Sarımsaqları soyb doğrayın.
  • Fəsləyən yarpaqlarını, sarımsağı, duzu və zeytun yağını da rondoya əlavə edib möhkəm çəkin.
  • Lap sonda isə rondonun içinə pendiri də əlavə edib qaşıqla qarışdırın.
  • Kəpəkli çörəyin üzərinə fəsləyən sosundan qaşıq yardımıyla çəkin.
  • Üzərinə əvvəl yumurtanı sonra toyuq döşünü yerləşdirin.
  • Digər çörəyi də üzərinə qapadaraq sandiviç hazırlayın.
  •  Tostumuz yeyilməyə hazırdır.
  • Isti halda servis edin.

So, what do you think ?