fbpx

Min Bir Dad

Yumurtasız mayalı blincik

 Yumurtasız mayalı blincik

 Yumurtasız mayalı plincik

Yumurtasız mayalı blincik

Nahar süfrələrinin vazkeçilməzidir  blinçik.

Mis kimi ətri  tamamən  evi  bürüyür. 

Pendirlər blinçikə yoldaşlıq etmək üçün yarışır.

İncə-incə bişirib qat -qat düzmək çox keyiflidir.

Sizin də fikrinizdən yemək keçdi   eləmi?

Bu nəfis yemək tərifini sizlərə təqdim etməyi 1001 dad saytı özünə borc bildi.

Blinçiki bişirmək üçün yumurta yoxdur deyə kefsiz də   olmayın.

Yumurtasız da  olur  həm də çox dadlı  olur.

Elə isə buyurun mətbəxə.

4 nəfərlik,

15 dəqiqəyə hazırlanır,

20 dəqiqəyə bişir.

Yumurtasız mayalı blincik  üçün lazım olan ərzaqlar:

  • 4 su stəkanı  süd,
  • 2 stəkan su,
  • 4 su stəkanı un,
  • 1,5 – 2  şirniyyat  qaşığı  duz,
  • 2-3 şirniyyat qaşığı  şəkər  tozu,
  • 1 paket  quru maya,
  • 0,5 dəstə doğranmış şüyüd,
  • 0,5 çay stəkanı duru yağ,

 Yumurtasız mayalı blincikin hazırlanma qaydası:

  • Duru  yağ və şüyüd xariç   bütün ərzaqları  dərin bir qaba alın.
  • Bir mikser yardımıyla yaxşıca  çırpın.
  • Şüyüdü də əlavə edin və qarışdırın.
  • Şüyüd əlavə etmədən də bişirə bilərsiniz.
  • Orta atəşdə qızdırdığınız   orta böyüklükdə  bir tavaya 1 çay qaşığı duru  yağ töküb tavaya yayın.
  • Xəmiri duru halda hazırlamanız daha yaxşı olar.
  • Hazırladığınız xəmirdən bir çömçə alıb  tavaya yayın, hər iki tərəfini  yaxşıca  bişirin.
  • Xəmir bitənə qədər eyni işləmi davam etdirin.

Nuş olsun!

So, what do you think ?