fbpx

Min Bir Dad

Zəifləmək üçün 6 məsləhət

0
Zəifləmək üçün 6 məsləhət

Zəifləmək üçün 6 məsləhət

Zəifləmək üçün 6 məsləhət

Qidalanma alışqanlığınızı dəyişdirərək asanlıqla incə olmaq  mümkündür.

İncə bədənə sahib olmaq üçün təklif etdiyimiz 6 tövsiyyəni mütləq gözdən keçirdin.

Buyurun, zəifləmək üçün təkliflər: 

1. Zülal (protein) qəbul edin.

  • Gün ərzində yeməklərinizdə mütləq zülal qəbul edin.
  • Zülallı (proteinli) qidalar insana enerji verir və tez acıqmanın qarşısını alır.

 

2. Yemək vaxtlarının arasını uzatmayın:

  • Hər 3 saatda bir az da olsa qida qəbul edin.
  • İnsan uzun müddət ac qaldıqda yemək yeyərkən daha çox qida qəbul  edəcəksiniz və daha çox kalori alacaqsınız.
  • Yeməyi dəqiq müəyyən vaxtlarda saatla qəbul edin.

3. Daha çox tərəvəz  qəbul edin.

  • Hər yeməkdə qida rasyonunuzun yarısını təzə  tərəvəz yeməkləri və ya buxarda bişmiş mövsimi tərəvəzlər istifadə edin.
  •  Lif, mineral və vitamin cəhətdən zəngin tərəvəzlər istehlak etməklə siz, sağlam qidalanmayla yanaşı, eyni zamanda yüksək kalori də almamış olarsınız.

4. Evdən kənarda yemək yeməyin.

  • Kənarda yemək yemək alışqanlığınızı minimuma  endirin.
  • Restoranlarda porsiyanın miqdarını təyin etməniz mümkün deyil.
  • Bununla yanaşı yeməklərin tərkibindəki yağ miqdarına da nəzarət etməniz mümkün deyil.
  • Ona görə da artıq kalori qəbul edəcəksiniz.
  • Restorantdakı çox məsum görünən bir yemək, əslində böyük bir kalori deposu ola bilər.

5. Su için

  • Bədəndəki su nisbətini lazımi miqdarda saxlamaq üçün gün ərzində 2-2,5 litrə su için.
  • Bəzən insan suya ehtiyacı olmasına rağmən bunu aclıq kimi qəbul edir və susuzluq aclıq duyğusuyla qarışır.
  • Acıqdığınızı hiss etdikdə böyük bir stəkan su için.
  • Biraz gözlədikdən sonra aclığınız keçmədisə bundan  sonra qida qəbul edin.

6. Dadlandırıcı istifadə etməyin

  • Sıfır kalorili olsa da, tərkibində dadlandırıcı olan qida və içkiləri qəbul etməyin.
  • Belə qida və içkilər istehlak edildiyində insanın çox xoşuna gəlir.
  • Ancaq daha sonra köp və daha çox şəkərli qida istəmə hissi yaradır.

So, what do you think ?