Zəncəfilli qış çayı hazırlamaq üçün lazım olan ərzaqlar:
- Zəncəfil: 25 qram,
- Çubuq darçın: 2 ədəd,
- Portağal: 1 ədəd,
- Bal: 20 qram,
Zəncəfilli qış çayının hazırlanma qaydası:
- Çayı hazırlamaq üçün əvvəlcə kiçik bir qazanda suyu qaynadın.
- Portağalları qabıqlı doğrayıb istifadə edəcəyiniz üçün təmiz yuyub suyunu silin.
- Portağalları qabıqları ilə birlikdə dilimləyin.
- Zəncəfili bütöv istifadə edəcəksiniz.
- Sonra bu qaynayan suyun içərisinə sırası ilə doğranmış portağal dilimlərini, əzilməmiş zəncəfili, darçın çubuqlarını əlavə edin.
- Bunları etdikdən sonra qazanı ocağın üzərindən tez götürmək lazımdır.
- Bir az çayın dəmləməsini gözləyin.
- Çay dəmləndikdən sonra içərisinə bal əlavə edin və isti – isti süfrəyə verin.
- Bu çay həm sağlamlığınızın qoruyucusu, həm də təbii üsulla hazırladığınız bir çaydır.
Nuş olsun!
So, what do you think ?