Min Bir Dad

Zebra Keksi

zebra-kek-tarifi-720x450

Zebra Keksi

Zebra keksi üçün lazım olan ərzaqlar:

  •  5 yumurta,
    1,5 stəkanı şəkər (250 qr.),
    1 çay qaşığı vanilin,1 stəkandan bir barmaq əskik su (125 ml),
    1,5 stəkan maye  yağ (250 ml),
    3 stəkan + 1 yemək qaşığı un (375q.),
    1 paket qabartma tozu,
    2 yemək qaşığı dolu kakao,
    3 yemək qaşığı ilıq su,

zebra-kek-yapılışı-resimli-anlatımı

Zebra keksinin hazırlanma qaydası:

  • Yumurtaları bir qaba sındırın.
  • Yumurtaları qabarana qədər çırpın.
  • Sonra yavaş yavaş şəkəri və vanilini əlavə edin və çırpmağa davam edin.
    Ardından stəkandan bir barmaq az ilıq suyu əlavə edin.
  • Sonra yağını əlavə edin.
  • Ən sonda isə  un və qabartma tozunu əlavə edib iki dəqiqə qədər çırpın.
    Xəmiri ikiyə bölün.
  • Birinə kakao və suyu əlavə edib qarışdırın.
  • Yağlanmış və unlanmış qəlibin ortasına əvvəlcə sadə xəmirdən iki qaşıq qoyun.
  • Sonra onun ortasına iki qaşıq kakaolu xəmir qoyun.
    Beləcə  xəmirlər bitənə qədər davam edin.
    Xəmirlər bitəndən sonra kürdanla şəkil verin.
    Əvvəlcədən 160°qızdırılmş fırında üzəri qızarana qədər bişirin.
  • Icinin bisdiyindən əmin olmaq üçün fırından çıxartmadan əvvəl kürdanla bişməyini yoxlayın.
    Soyuduqdan sonra istər sadə,  istərsəniz üzərinə pudra şəkəri
    səpib və ya şokolad sürtərək servis edə bilərsiniz.

So, what do you think ?