sayfa içeriği

Min Bir Dad

Zeytun yağlı soğan dolması

0

zeytun yaqli soğan dolmasi

zeytun yaqli soğan dolmasi

Zeytun yağlı soğan dolması

Zeytun yağlı soğan dolması üçün lazım olan ərzaqlar:

  • 500 q düyü,
  • 12-15 ədəd orta ölçülü quru soğan,
  •  2-3 yemək qaşığı fısdıq,
  • 2-3 yemək qaşığı qarağat,
  • 1,5 yemək qaşığı toz şəkər,
  •  2 yemək qaşığı darçın,
  • 2 yemək qaşığı quru nanə,
  •  1 dəstə şüyüd,
  • 150 q zeytun yağı,
  • 1 stəkan pomidor suyu,
  •  1 stəkan su,
  •  İstiot,
  • Duz,

Zeytun yağlı soğan dolması bişirmək üçün:

  • 1 çay stəkanı alma sirkəsi,
  •  1 stəkan su,
  •  ½ çay stəkanı zeytun yağı,

Zeytun yağlı soğan dolmasının  hazırlanma   qaydası:

  • Soğanların üst qabıqlarını  soyun.
  • Üstündən və altından dağılmayacaq şəkildə bir qapaq  kəsin və bol suda, içləri çıxana qədər bişirin.
  • Çıxmayan içləri isə  bir çay qaşığının  yardımı ilə nazikçə qat- qat çıxardın.
  • Ən üst qabıqları geniş bir qazana bir qat  düzün.
  • Qalan soğan qatlarını sudan çıxarıb  süzün, mətbəx  robortunda, ya da əldə kiçik parçalar halında  doğrayın.
  • Soğanları zeytun yağı, şəkər və fıstıqla birlikdə  fıstıqlar qızarana qədər qovurun.
  • Qarağat qurusunu isti suya qoyaraq şişənə qədər   gözləyin.
  • 2 stəkan  düyünü yuyun, qovrulmaqda olan soğanlara əlavə edin və 10 dəqiqə  daha birlikdə  qovurun.
  • Şişmiş qarağat, darçın,  nanə, duz, istiot, bir stəkan pomidor suyu və 1 stəkan su əlavə edin və vam odda suyunu çəkə qədər bişirin.
  • İçinə 1 dəstə şüyüdü incə- incə doğrayın, qarışdırın və dəmlənməyə qoyun.
  • Hazırladığınız için  soyumağını  gözləyin.
  • Hazırlanan içi yemək qaşığı ilə alın və soğanlara doldurun.
  • Üstlərinə pomidordan qapaq qoyun.
  • 1 stəkan  su, sirkə və ½ stəkan zeytun yağı əlavə edərək vam odda  40-45 dəqiqə bişirin.
  • Soyuduqdan sonra qazanla birlikdə soyuducuda  bir gecə saxlayın.
  • Ertəsi gün servis tabağına alaraq süfrəyə verin.
  • Üzərini təzə nanə yarpaqları ilə bəzəyin.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *