fbpx

Min Bir Dad

Zeytunlu puğaça

Zeytunlu puğaça

Zeytunlu puaça

Zeytunlu puğaça

Çay saatlarında ya da qəhvəaltı zamanı  ləzzətlə  yeyəcəyiniz, hazırlanması da çox rahat olan   şahanə bir xəmir   resepti axtarırsınızsa   “1001 dad “yemək saytına    xoş gəldiniz!

Biz də tam bu ləzzəti sizlərlə tanışdırmağa hazırlanırdıq.

Tək -tək şəkil vermənizə gərək qalmadan hazırlaya  biləcəyiniz, içi bol zeytunlu,  qabarmış, yumuşacıq   ləzzətiylə zeytunlu  poğaça  qarşınızda!

Bu  reseptin  xəmirinə  bayılacaq, ilk fıüsətdə   sevdiklərinizə  hazırlamaq istəyəcəksiniz.

Bu qədər qabarmasının və dadının şahanə olmasının sirri içərisində mineral sudur. 

Bu şəkildə xəmir tam kvamında qabarır və dadına doymaq olmaz!

Xüsusən, qəhvəaltılarda çörək əvəzinə işlədə bilərsiniz.

Bu poğaçanı hər  kəsin soruşacağını nəzərə alan “1001 dad” yemək saytı sizlərə resepti təqdim edir. 

8 nəfərlik,

15dəqiqəyə hazırlanır,

35 dəqiqəyə bişir 

Zeytunlu puğaça  üçün lazım olan ərzaqlar:

  • 1  stəkan ilıq süd,

  • 1 su  stəkanı mineral su,

  • 1 su stəkanı duru yağ.

  • 1paket quru maya, 

  • 3 yemək qaşığı  toz şəkər,

  • 1 ədəd yumurta,

  • 4,5 – 5 su stəkanı un,

  • 1 çay qaşığı  duz,

Zeytunlu puğaçanın arası üçün:

  • 200 qram  çəyirdəksiz qara zeytun,

Zeytunlu puğaçanın üzəri üçün:

  • 1 ədəd   yumurta sarısı,

  • 1 şirniyyat qaşığı çörək otu.

Zeytunlu puğaçanın hazırlanma qaydası:

  •  İlıq süd, duru  yağ, yumurta, mineral su, şəkər tozu  və quru mayanı qarışdırın.
  • Ardından içərisinə az- az un əlavə edin və yoğurmağa başlayın.
  • Son olaraq duzu da əlave edin və yoğurun.
  • Üzərini streç filmlə qapadın.
  • Otaq temperaturunda  35 dəqiqə  mayalandırın.
  • Ardından xəmirin yarısını yağlanmış şüşə  fırın qabının içərisinə yayın.
  • Ardından üzərinə dilimlənmiş zeytun səpin və xəmirin  geriyə qalan hissəsini eyni  şəkildə üzərinə yayın.  Üzərinə yumurta sarısı sürtün və çörək otu səpin.
  • 180 dərəcə qızdırdığınız  fırında qabarıb  üzəri gözəlcə  qızarana qədər  35-40dəqiqəyə yaxın  bişirin.
  • Çıxarıb   çox da soyumadan  servis edin.

So, what do you think ?