Yazdırma Seçimləri:

Ədviyyatlı, toyuqlu plov

Verimlilik6 PorsiyonHazırlanma Müddəti1 saat 30 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt2 saat

Ədviyyatlı, toyuqlu plov

Lazım olan ərzaqlar
 1 stəkan düyü
 2 ədəd toyuq
 1 ədəd soğan
 1 ədəd pomidor
 3 diş sarımsaq
 duz
 istiot
 zəncəfil
 darçın
 şam fıstığı
 badam
 quru üzüm
Hazırlanma qaydası
1

Soğanı təmiz soyun .
Soyduğunuz soğanları yuyub yeməklik doğrayın.
Pomidoru yuduqdan sonra qabığını soyun və doğrayın.
Sarımsaqların qabığını soyun onu da doğrayın.
Hazırladığınız bu ərzaqları yağda qovurun.
Toyuğu təmiz-təmiz yuyun.
Təmizlədiyiniz toyuqları doğrayın.
Doğradığınız toyuqları və ədviyyatları da qovurduğunuz ərzaqların üzərinə əlavə edib daha 5 dəqiqəyə yaxın vam odda bişirin.
Sonra üzərinə isti su əlavə edin.
Toyuqlar bişən dək qazandan çıxardıb sobaya verin və qızarana qədər bişirin.
Toyuqlar tamamən qızardıqdan sonra sobadan çıxardın.
Bu arada da isti suda saxladığınız düyünü plov qazanına qoyub üzərinə toyuqları çıxartdığınız suyu əlavə edin.
Plovunuz da bişdikdən sonra onu geniş bir qaba yığın və üzərinə qızaran toyuqları yerləşdirin.
Sonra isə üzərinə şam fıstığı, badam və quru üzüm səpib isti-isti servis edin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 6