əncir

Lazım olanlar:

  • 20 dənə quru əncir,
  • Iri halda döyülmüş qoz,
  • 1 stəkan su,
  • 3 yemək qaşığı şəkər,
  • 2 yemək qaşığı duru yağ,

Üzərinə:

  • Qaymaq,

Hazırlanması:

  • Əncirləri 1 saata qədər ilıq suda saxlayın.
  • Sonra üst hissələrinin içini döyülmüş qozla doldurun.
  • Doldurulan əncirləri qazana düzərək üzərinə 1 su stəkanı şəkərli su və duru yağ gəzdirin.
  • Vam odda suyunu çəkənə qədər bişirin.
  • Qaymaq və qozla birlikdə servis edin.