Yazdırma Seçimləri:

Əriştəli mərcimək şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Əriştəli mərcimək şorbası

Lazım olan ərzaqlar
 1 stəkan yaşıl mərcimək
 1 stəkan əriştə
 1 ədəd soğan
 1 yemək qaşığı tomat
 4 stəkan ət suyu
  duz
 istiot
 pul bibər
 nanə
 ½ stəkan duru yağ
Hazırlanma qaydası
1

Əriştəli mərcimək şorbası

Əvvəlcə mərciməyi 5 dəqiqə qədər bişirib suyunu süzün.
Bir qazana duru yağ qoyub içinə soğan töküb qızarana qədər qovurun.
Ardından tomatı əlavə edib qovurun.
Sonra ət suyunu əlavə edin.
Qaynayan suya bişirdiyiniz mərciməkləri əlavə edin.
Duzunu və ədviyyatlarını zövqünüzə uyğun tökün.
Əriştələr yumşalana qədər bişirin.
Əriştəli mərcimək şorbası isti - isti servis edin.

Nuş olsun!