Yazdırma Seçimləri:

Ərzurum sayağı kor kətə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Kor kətə

Lazım olan ərzaqlar
 3 yemək qaşığı kərə yağı
 aldığı qədər un
 3 stəkan süd
 2 ədəd yumurta
 1 stəkan duru yağ
 1 çay qayığı şəkər
 duz
 1 paket yaş maya
 kərə yağı
 un
Hazırlanma qaydası
1

Əvvəlcə xəmirin ərzaqlarını qarışdırıb xəmiri yoğurun.
Mayalanmaya qoyun.
Diğər yanda isə içi hazırlayın.
Bunun üçün kərə yağını əridin, unu qatın duz da ataraq qarışdırın.
Unu çox da qovurmayın.
İç cox da yağlı olmasın quru olsun.
Mayalanan xəmirdən istədiyiniz böyüklükdə kündələr hazırlayın.
Əl ilə açılan kündələrin içinə içi qoyn və bükün.
İç qoyulub bükülən xəmirləri yayaraq yağlanmıs siniyə qoyun.
Siniyə qoyulan kətələri əl ilə basdıraraq yayın.
Üzərinə yumurta sürtün və çəngəl ilə üzərinə şəkillər vurun.
Sinidə də mayalamağa qoyun.
180 dərəcəli sobada bişirin.

Qeyd!
2

İstəyə görə içinə qoz da qoya bilərsiniz.

Nuş olsun!