Yazdırma Seçimləri:

Ət qutabı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt35 dəq

Ət qutabı

Lazım olan ərzaqlar
 400 q quzu və ya dana əti
 2 ədəd baş soğan
 20 q lavaşana və ya nar
 440 q un
 100 q yağ
 sumaq
 darçın
 duz
 istiot
Hazırlanma qaydası
1

Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır.
Boşqab ölçüsündə dairələr kəsilir.
Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır.
Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır.
Kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır.
Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Nuş olsun!