Yazdırma Seçimləri:

Ətli dovğa

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

Lazım olan ərzaqlar
 180 q qoyun əti
 200 q qatıq
 20 q düyü
 15 q noxud
 10 q buğda unu
 1 ədəd baş soğan
 1 dəstə quzuqulaı və ispanaq
 2 dəstə keşniş, şüyüd, kəvər
 duz
 istiot
Hazırlanma qaydası
1

Bulyon bişirilir.
Yumşaq qoyun əti, baş soğan və ədviyyatdan qiymə hazırlanır və 15 qramlıq xırda küftəciklər hazırlanır.
Noxud arıtlanıb 3-5 saat ərzində soyuq suda isladılır, qabığı çıxardılır, yarımhazır vəziyyətə gəlincəyə qədər bişirilir.
Ayrı bir qabda qatıq və un bir-birinə qatılaraq, qatıq çürüməsin deyə, arasıkəsilmədən bir qaydada bulaya-bulaşa bişirilir.
Sonra buna noxud, düyü, küftəciklər və bulyon qatılıb birlikdə bişirilir.
Köftəcillərin qarışdırma əsnasında formasını itirməməsi üçün əvvəlcə ayrı bir qabda bulyonda bişirilməsi məsləhət görülür.
Süfrəyə verilmə qaydasi
Dovğa bişdikdən sonra içinə narın çərtilmiş göyərti, duz əlavə edilir.
Mövsümdən asılı olaraq dovğa soyuq halda da süfrəyə verilə bilər

Nuş olsun!