Yazdırma Seçimləri:

Əvəlik dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

Əvəlik dolması

Lazım olan ərzaqlar
 1 kq əvəlik
 3 stəkan bulğur
 1 stəkan düyü
 2 ədəd soğan
 2 diş sarımsaq
 200 q qiymə
 0,50 dəstə cəfəri
 0,50 dəstə şüyüd
 1 çay qayığı pul bibər
 1 çimdik istiot
 1 çay qayığı nanə
 1 çay qayığı cirə
 1 çay qayığı kəklikotu
 250 q qatıq
Hazırlanma qaydası
1

Əvəlik xaric bütün ərzaqları plov bişirən kimi bişirin.
Əvəliyin orta hissəsini çıxardın.
Yarpaqlara iç xərcini qoyub bükün.
Dolmaları qazana yığın.
1 silmə şirniyyat qaşığı duz atıb , üzərinə çıxacaq qədər su əlavə edin.
Zeytun yağı və tomatı da tökərək üzərinə bir boşqab çevirin.
Suyunu çəkənə qədər bişirin.
Sarımsaqlı qatıqla birlikdə servis edə bilərsiniz.

Nuş olsun!