Yazdırma Seçimləri:

🔴 Krab Çubuqları İlə Ləzzətli Rulet Salat

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Krab Çubuqları İlə Rulet Salatı Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd yumurta
 100 q holland pendiri
 2 ədəd krab çubuğu
 2 yemək qaşığı mayonez
 cəfəri
 1 çimdik duz
Krab Çubuqları İlə Ləzzətli Rulet Salatın Ərzaqlarının Hazırlanma Qaydası
1

✅ Krab çubuqları ilə rulet salat üçün istifadə edəcəyiniz yumurtanı bir kasaya sındırın.
✅ Yuduğunuz cəfərini kiçik-kiçik doğrayın.
✅ Salat üçün istifadə edəcəyiniz holland pendirini rəndələyib kasaya yığın.

Salatın Hazırlanması Qaydası
2

✅ Ocağı yandırın
✅ Tavanı yaxşıca qızdırın.
✅ Əvvəlcə yumurtanı yaxşıca qarışdırın.
✅ Yumurtanı qızdırdığınız tavaya töküb blinçik hazırlayın.
✅ Hazırladığınız yumurta blincikin üzərinə krab çubuqlarını açın.
✅ Təmizlədiyiniz cəfərini kiçik-kiçik doğrayın.
✅ Holland pendirini rəndələyin.
✅ Çubuqların üzərinə holland pendirini, mayonezi sonda isə çəfərini səpib yumurtanı rulon kimi bükün.
✅ Hazırladığınız krab çubuqları ilə ləzzətli rulet salatını rulon şəklində dilimləyin.

Salatın Servis Edilmə Qaydası
3

Krab çubuqları ilə rulet salatını bol köpüklü ayranla servis edin.

Nuş Olsun!