Yazdırma Seçimləri:

2 Rəngli Qurabiyə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt30 dəq

Daha kövrək olması üçün yumurta, çox da gözəl bir iy üçün ivanilin və fərqli bir rəng üçün kakaodan ibarət olan iki rəngli bir qurabiyə. Bu ərzaqlar əlinizin altındadırsa sadəcə 15 dəqiqə içində hazırlayıb, bir az dincəltdikdən sonra yenə 15 dəqiqədə bişirib çayın yanında təqdim edəcəyiniz bir ləzzət çıxacaq ortaya.

2 rəngli qurabiyə resepti

🍪2 Rəngli Qurabiyə Üçün Lazım Olan Ərzaqlar
 250 q kərə yağ
 3 ədəd yumurta
 1 stəkan şəkər kirşanı
 1 paket vanil
 23 yemək qaşığı kakao
 un
🍪2 Rəngli QurabiyəÜçün Ərzaqların Yığılması
1

✅Qurabiyə üçün istifadə edəcəyiniz unu bir qarışdırma qabına ələyin.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kasaya alın.
✅ Qurabiyə üçün istifadə edəcəyiniz vanilini , şəkər pudrasını, kakaonu ayrı-ayrı kasalara yığın.
✅ Qurabiyə üçün istifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə alın.

🍪2 Rəngli Qurabiyə Xəmirinin Hazırlanma Qaydası
2

2 rəngli qurabiyə resepti

✅ Orta ölçülü bir qarışdırma qabına kakaodan başqa bütün məhsulları yığaraq qurabiyənin xəmirini yoğurun.
✅Bu zaman unu yavaş-yavaş əlavə etmək lazımdır.
✅Yumşaq və ələ yapışmayan bir xəmir əldə edənə qədər yaxşıca yoğurun.
✅Xəmir hazır olduqdan sonra iki bərabər hissəyə böün.
✅Xəmirin yarısına 2-3 qaşıq Kenton kakao tozu əlavə edib yenidən yoğurun.
✅Kakao tozunu xəmirə tam yedirənə qədər yoğurun.
✅ O biri xəmirə isə heç nə əlavə etməyin sadə bir xəmir olsun.
✅ Hazırladığınız xəmirlərin hər ikisini ayrı-ayrı olmaqla strec filmə büküb soyuducuda 20 dəqiqəyə yaxın dincə qoyun.

🍪2 Rəngli Qurabiyənin Hazırlanması
3

✅ Soyuducuda dincə qoyduğunuz xəmirləri çıxardaraq hər ikisini ayrılıqda kündələrə ayırın.
✅ Xəmiri yayacağınız dəzgahın üzərinə azca un səpin.
✅ 1 ədəd kakaolu, 1 ədəd sadə xəmiri yayın.
✅Bir ədəd kakaolu, bir ədəd isə sadə xəmiri ayrı-ayrı yayın.
✅Yayılan xəmirlər üst-üstə qoyun.
✅ Üst-üstə qoyduğunuz xəmirləri rulon halında bükün.
✅ Hazırladığınız rulon xəmiri streç film vasitəsi ilə sarıyın.
✅ Hazırladığınız rulonu 1,5-2 saat soyuducuda gözlədin.

🍪2 Rəngli Qurabiyənin Bişirilmə Qaydası
4

✅Soyuducudan çıxardılan xəmiri 2 sm qalınlığında doğrayın.
✅ Bişirmə qabına yağlı kağız sərin və doğradığınız qurabiyələri bişirmə qabına düzün.
✅Bu zaman qurabiyələri yaxın-yaxın düzməmək məsləhətdirçünki qurabiyələr bişəndə şişdiyi üçün bir-birinə yapışar.
✅Sobanı əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
✅Qızdırdığınız sobada 2 rəngli qurabiyələri 12-15 dəqiqə ərzində diqqət edərək bişirin.
Bişən qurabiyələri sobadan çıxardaraq otaq temperaturunda soyudun.

🍪2 Rəngli Qurabiyənin Servis Edilməsi
5

Hazırladığınız 2 rəngli qurabiyələri çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!