Ələnmiş una su tökərək bir qədər bərk xəmir yoğurun.
Əti soğanla birlikdə ətçəkən maşından keçirin.
Duz – istiot vurub yaxşıca qarışdırın.
Xəmiri 4-5 kündəyə ayrıb nazik yayın.
Nazik stəkanın ağzı ilə yumrular kəsin.
Hər yumrunun içinə bir qədər ət qoyun.
Xəmir baş tərəfdən bir azca ətin üstünə qatlayıb kənarlardan burularaq içəriyə doğru bükün.
Ucu açıq qalsın.
Gürzə iki cür bişirilir.
Sulu və quru.
Sulu gürzə bulyonda qaynadılır və süfrəyə kasada üstünə keşniş səpilərək verilir.
Quru gürzə isə adi duzlu suda qaynadılır və süzülür.
Süfrəyə verərkən yanına sarımsaqlı qatıq və sumax qoyulur.
Ərzaqlar
Təlimatlar

Leave a Reply