Külçə
Verimlilik1 Porsiya
Hazırlanma Müddəti2 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt41 dəq
Lazım olan ərzaqlar
Üzəri üçün
Xəmirin hazırlanma qaydası
1
Külçə

Yoğurma qabına ilıq südü alın.
Südün üzərinə quru maya və şəkər tozunu əlavə edib qarışdırın.
Sonra üzərinə yumurta, duz, xama, qatılaşdırılmış süd və sarıkökü də əlavə edib qarışdırın.
Unun üzərinə 1 paket qabartma tozunu əlavə edib qarışdırın.
Sonra lazım olacaq qədər unu da yoğurma qabına əlavə edib xəmir yoğurun.
Xəmir hazır olanda ələ yapışmır.
Hazır xəmirin üzərini strec filmlə qapadaraq 32 dərəcə temperaturda 1, 5 saata yaxın mayalandırın.

Bişirmə qaydası
2

Mayalanmış xəmiri yoğurma qabından alıb üzəri unlanmış dəzgaha alın.
Xəmiri kündələrə ayırın.
Kündələri əlinizlə açaraq bir az böyüdün.
Açdığınız kündələri bişirmə kağızı sərilmiş soba sinisinə qoyun.
Üzərlərinə yumurta sarısı çəkin.
Çəngəlin ucu ilə üzərinə naxış vurun.
Əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
Sobadan çıxardaraq bir az soyudub çayın yanında servis edə bilərsiniz.

Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar
Üzəri üçün

Təlimatlar