Yazdırma Seçimləri:

Üç Bacı Dolması (bibər, badımcan, pomidor)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 5 dəq

Üç bacı dolması Azərbaycan mətbəxinə məxsus olan bir yay yeməyidi.Amma bu yeməyi ilin hər fəslində də hazırlayırıq.
Rayondan-rayona, evdən evə keçdikcə bu dolmanın hazırlanma qaydası dəyişir.

3 bacı (bibər, badımcan, pomidor) dolması resepti

Lazım Olan Ərzaqlar
 Ammerlander kərə yağı
 qiymə
 ½ dəstə şüyüd
 ½ dəstə keşniş
 ½ dəstə reyhan
 duz
 2 ədəd pomidorun iç hissəsi
Dolma Üçün
 2 ədəd bibər
 2 ədəd badımcan
 2 ədəd pomidor
Üç Bacı Dolması Üçün lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz bibər, pomidor və badımcanı yuyub mətbəx dəsmalı ilə suyunu qurudun.
✅İstifadə edəcəyiniz əti yuyub aşsüzənə yığın.
✅İstifadə edəcəyiniz göyərtiləri təmizləyib yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq istiotu, duzu ayrıca kasalara yığın.
✅Lazım olacaq kərə yağını kasaya yığın.
✅İstifadə edəcəyiniz soğanı soyub kasaya alın.

Tərəvəzlərin Hazırlanması
2

Badımcanları aşağıda verilən iki üsuldan biri ilə hazırlayın.
✅ Mən badımcanların içini bir bıçaqla oyub çıxartdım.
✅Siz istədiyiniz kimi hazırlaya bilərsiniz.

✅ 1. Badımcanın saplağını kəsin.
✅ Bıcaqla “qarnını” kəsin və ya içini oyun.
✅ İri qazanı suyla doldurub qaynadın.
✅ Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtlədin.
✅ Sudan çıxardıb azca soyudun.
✅ Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.

✅ 2. Badımcanları suda pörtmək əvəzinə qızardın.
✅ Əvvəlcə saplağını kəsin.
✅ Bıcaqla “qarnını” kəsin.
✅ Badımcanları soyuq suya qoyun.
✅ Suya 2 xörək qaşığı duz atın.
✅ Badımcanların üzərinə ağır bir əşya ilə örtüb 20 dəqiqəliyinə kənara qoyun.
✅ Bu, badımcanların acısı çıxması üçün edilir.
✅ Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın.
✅ Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın.
✅ Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzün.
✅Pomidorların baş hissəsini halqavari kəsərək içərisini təmizləyin.
✅Bibərlərin də üst hissəsini halqavari kəsərək tumlarını təmizləyin.

İçliyin Hazırlanması
3

✅ 3 bacı dolmasının içliyini hazırlamaq üçün qiyməni bir az qovurun.
✅ İçərisinə doğranmış şüyüd, cəfəri və reyhan əlavə edin.
✅ Ammerlander kərə yağı və duz vurun.
✅ Pomidorların iç hissəsi də qiyməyə əlavə edib bişirin.

Dolmanın Hazırlanması
4

✅Pomidor, bibər, badımcanın içərisinə azca duz və istiot vurun.
✅ Bişən göyərtili qiyməni bibərin, pomidorun və badımcanın içərisinə doldurun.
✅ Bibər və pomidorun "qapaq" hissəsini bağlayın.
✅ Bir bişirmə qabına səliqə ilə düzün və üzərinə azca yağ əlavə edin.
✅ Qabın üzərini aluminium folqa ilə örtün.

Dolmanın Bişirilməsi
5

✅Sobada və yaxud ocaqda bişirə bilərsiniz.
✅Ocaqda 35-40 dəqiqəyə bişəcək.
✅Mən sobda bişirdim.
✅Sobanı əvvəlcədən qızdırın.
✅İsidilmlş sobada bişirin.
✅Bişən dolmanın üzərindən alminium folqanı çıxardaraq 1-2 dəqiqə sobada bişirin.
✅Dolmaları ayrı- ayrı da bişirə bilərsiniz.

Üç Bacı Dolmasının Servis Edilməsi
6

✅Hazır dolmanı isti-isti süfrəyə verin.
✅Hər bir kəs zövqünə görə süsləyib servis edə bilər.

Nuş Olsun!