Yazdırma Seçimləri:

Humus

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt50 dəq

Humus

Lazım olan ərzaqlar
 2 stəkan noxud
 1 stəkan tahin
 0,50 stəkan zeytun yağı
 2 ədəd limon
 3 çay qayığı cirə
 duz
  cəfəri
Hazırlanma qaydası
1

Bir gün əvvəldən təmizlənmiş noxudları duzlu suda isladın.
Ertəsi gün noxudlar bol suda yaxşıca bişirin.
Suyunu süzün.
Qabıqlarını soyun.
Əzmə maşınından keçirdin.
Maşın yoxdursa taxta qaşıqla əzin.
Ayrı bir qabda tahin, limon suyu, cirə, qırmızı bibər və duzu bir-birinə qataraq qarışdırın.
Əzilmiş noxudlarla tahinli ərzaqları qarışdırın.
Çox qurudursa bir az su əlavə edin.
Bütün ərzaqların üzərinə zeytun yağı töküb qarışdırın.
Servis qabına alaraq yayın.
Servis edən zaman üzərini doğranmış cəfəri, yaşıl zeytun, dilimlərə ayrılmış pomidorlarla bəzəyə bilərsiniz.

Nuş olsun!