Yazdırma Seçimləri:

5 Dəqiqədə Hazırlanan Pirojna

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Uşaqların sevimli şirniyyatı. Bişirmədən hazırlanan bir pirojna.Bu pirojnanı hazırlamaq üçün sobaya ehtiyac yoxdur. Çay və qəhvə ilə birlikdə çox ləzzətli olur. Bu pirojnanı hazırlamaq üçün evdə olan ərzaqlardan istifadə edərək hazırlaya bilərsiniz.

5 DƏQİQƏDƏ PİROJNA

Pirojna Üçün Lazım Olan Ərzaqlar
 300 q peçenye
  stəkan qatılaşdırılmış süd
 100 q kərə yağı
 3 yemək qaşığı Kenton kakao
 1 paket Kenton şəkərli vanilin
Pirojnanın Üzəri Üçün
 Kenton şəkər pudrası
Pirojna Xəmiri Üçün Ərzaqların Yığılması
1

✅ Pirojna üçün istifadə edəcəyiniz ərzaqların otaq temperaturunda olmasına çalışın.
✅ Pirojna üçün istifadə edəcəyiniz kərə yağını bir kasaya qoyun.
✅ Pirojna üçün lazım olacaq qatılaşdırılmış südü kasaya boşaldın.
✅ Peçenyələri əzəcəyiniz qabın içərisinə yığın.
✅ Kenton vanilin və Kenton kakao tozunu ayrı-ayrı qablara yığın.

Pirojna Xəmirinin Hazırlanma Qaydası
2

✅ Qabın içərisinə kərə yağı və qatılaşdırılmış südü ,Kenton şəkərli vanilin və Kenton kakao tozunu əlavə edib çırpma teli ilə qarışdırın.
✅ Peçenyeleri yaxşı əzin ki, içərisində iriləri qalmasın.
✅ Peçenyeləri tamamən un halına salın.
✅ Peçenye əzilmışını qarışıma əlavə edib yenidən yaxşıca qarışdırın.
✅ Peçenyeli xəmiriniz artıq hazırdır.

Xəmirdən Pirojnanın Hazırlanması
3

✅ Bir qabın içərisinə Kenton şəkər pudrasını əlavə edin.
✅ Hazırladığımız xəmirdən hissələr ayırın.
✅ Əlinizlə ayırdığınız kündələri yumrulayın.

Pirojnanın Servis Edilməsi
4

✅ Hazırladığınız yumruları şəkər pudrasına batırın.
✅ Hazır pirojnaları çay və qəhvəylə birlikdə servis edin.

Nuş Olsun!