Yazdırma Seçimləri:

Darçın və Fındıqlı Çörək

Verimlilik6 PorsiyonHazırlanma Müddəti35 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 15 dəq

Darçınlı və fındıqlı çörək

Lazım Olan Ərzaqlar
 100 q otaq temperaturunda kərə yağı
 ½ stəkan ilıq süd
 2 yemək qaşığı şəkər tozu
 2 ədəd yumurta
 1 paket maya
 3 stəkan un
İçlik Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan şəkər tozu
 1 yemək qaşığı silmə darçın
 1 stəkan iri çəkilmiş fındıq və ya qoz
Üzəri Üçün
 1 ədəd yumurta sarısı
 1 çay qayığı duru yağ
Hazırlanma Qaydası
1

✅ Yoğurma qabına unu alın və üzərinə mayanı səpib qarışdırın.
✅ Unun ortasını hovuz şəklində açın.
✅ Ortasına kərə yağı, yumurtaları və şəkəri qoyun.
✅Ortadan başlayaraq yanlardan unu içəri alaraq yumşaq bir xəmir yoğurun (lazım olarsa çox az un əlavə edin).
✅ Xəmirin üzərinə strec film çəkin və normal bir temperaturda mayalanmağını gözləyin.
✅ Xəmirin iki qatına çatanda srteç fimi açın .
✅ Mayalanmış xəmiri düzbucaqlı şəklində un səpilmiş dəzgahın üzərində yarım santimetr qalınlığında yayın.
✅ Bir kasada isə şəkər tozunu və darçını qarışdırın.
✅ Xəmirin hər bir tərəfinə darçınlı şəkəri səpin.
✅ Üzərinə fındığı səpin.
✅ Bunlar tamamlandıqdan sonra xəmirin uc hissəsindən başlayaraq rulon şəklində bükün.
✅ Bükdüyünüz xəmiri istədiyiniz formada dilimləyin.
✅ Yağlı kağız sərilmiş soba listiinə aralıqlarla düzün.
✅ Üzərinə duru yağ ilə çırpılmış yumurta sarısını sürtüb , toz şəkər səpin.
✅ 10-15 dəqiqə soba sinisində bir daha mayalandırın.
✅Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzərləri qızarıncaya qədər bişirin.
✅ İsti və ya soyuq halda servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 6