- 400 q qiymə,
- Duru yağ,
- 1 soğan,
- Pul bibər,
- Cirə,
- Duz,
- Istiot,
Iç xərci üçün:
- 2 soğan,
- 4 diş sarımsaq,
- 1 qırmızı bibər,
- 1 dəstə ispanaq,
- 1 kasa göbələk,
- Duru yağ,
- Duz,
- istiot,
Sos üçün:
- 2 stəkan süd,
- 1 şorba qaşığı un,
- Duz,
- Istiot,
- Duru yağ,
- Üzərinə:
- Holland pendiri
Hazırlanma qaydası:
- Qarışdırma qabına qiyməni, soğanı, duz, istiot, cirə, ala bildiyi qədər un əlavə edib köftənizi yoğurun.
- Hazırladığınız köftəni 6 dənə kündəyə ayırın.
- Bu kündələri çox böyük olmayan çanaqlar halına gətirin.
- Yağlanmış fırın sinisinə yığaraq 200 dərəcə qızdırılmış fırında bişirin.
- Digər tərəfdə iç xərcini və sosunu hazırlayın.
- Iç xərci üçün soğan, sarımsaq və qırmızı bibəri duru yağda qovurun.
- Soğanların rəngi dönüncə üzərinə doğranmış ispanağı əlavə edin.
- Bu qarışığı yarı çiy bişirin.
- Sos üçün isə unu duru yağda qovurun.
- Üzərinə süd, duz və istiot əlavə edərək çırpın və bişirin.
- Yarı bişmiş köftələrə iç xərci doldurun.
- Kənarlarına göbələyi düzərək ortasına sosu qaşıq ilə tökün.
- Holland pendiri rəndəsini üzərinə səpdikdən sonra təkrar 180 dərəcədə bişirin.
Leave a Reply