Yazdırma Seçimləri:

Abşeron Tortu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 20 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt2 saat 20 dəq

Abşeron tortu adını Abşeron yarımadasından almışdır. Bir çoxumuz üçün özəl olan bu tort özünəməxsus ləzzəti ilə həmişə sevilir. Bu yazımızda məşhur Abşeron tortunun reseptini təqdim edirik.

Abşeron tortu

Abşeron Tortunun Xəmiri Üçün Lazım Olan Ərzaqlar (3 korj)
 6 ədəd yumurta
 2,25 stəkan şəkər tozu
 1,50 stəkan un
 1 stəkan üyüdülmüş qoz ləpəsi
 0,50 stəkan üyüdülmüş badam
 ½ paket vanilin
 1 paket qabartma tozu
Krem və Bəzək Üçün
 2 ədəd yumurta
 2 stəkan şəkər tozu
 3 yemək qaşığı un
 ½ paket vanilin
 1 stəkan süd
 400 q kərə yağı
 1 yemək qaşığı kakao
 0,50 stəkan üyüdülşüm qoz
 0,50 stəkan üyüdülmüş badam içi
Tortun Korjunun ( qatları) Hazırlanma Qaydası
1

Abşeron tortu

✅ 1-ci korj üçün — 2 yumurtanın sarısı ilə ağını ayırın.
✅ Ağları köpüklənənə kimi çalın.
✅ Üzərinə ¾ st. şəkər tozu əlavə edib qarışdırmağa davam edin.
✅ Bezeyə bənzər kütlə alınacaq.
✅ Sonra 2 yumurta sarısını da əlavə edib qarışdırmağa davam edin.
✅ Üyüdülmüş qozla badamı qatın.
✅ Ayrıca bir qabda unla qabartma tozunu qarışdırın.
✅ Üzərinə qoz-badam qarışığı töküb qarışdırın.
✅ Sonra unlu-qozlu kütlədən 1 st. götürüb yumurtalı kütləyə əlavə edərək ehtiyatla qaşıqla qarışdırın.
✅ Alınmış kütləni kərə yağı ilə yağlanmış formanın içinə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
✅ Birinci korj hazırdır və bu qayda ilə daha 2 korju bişirin.

Kremin Hazırlanma Qaydası
2

✅ 2 yumurta ilə şəkər tozunu qarışdırın.
✅ Üzərinə un, vanilin tökülüb yaxşıca qarışdırın.
✅ Soyuq südü əlavə edib qarışdırın.
✅ Orta odun üzərinə qoyun ki, bişsin.
✅ Qarışdırmağı da unutmayın.
✅ Qatılaşdısa, ocaqdan götürün və otaq temperaturunda saxlayaraq soyudun.
✅ Otaq temperaturunda yumşalmış kərə yağını həcmli olana kimi mikserdə çalın.
✅ Artıq soyumuş kremi kərə yağının üzərinə tökərək yenə həmcins olana kimi çalın.

Qeyd!
3

✅ Əgər kremdə yumrular əmələ gəlmişsə onu soyumamış süzgəcdən keçirməlisiniz ki, yumrular süzgəcdə qalsın.
✅ Bişmiş krem yağa əlavə edilən zaman mütləq soyuq olmalıdır!

Tortun Hazırlama Qaydası
4

Abşeron tortu

✅ Korjları bir-bir qoyub, hər birinin üzərinə 3-4 yemək qaşığı krem çəkin.
✅ Çalışın krem həm aralarına, həm kənarlarına, həm də üstünə çatsın.
✅ Korjları tamamilə kremlə örtün.
✅ Tortu bəzəmək üçün saxladığınız kremə kakao töküb qarışdırın.
✅ Üstünü kremlə bəzəyib qoz-badamdan istifadə edin.
✅ Soyuducuya qoyun.
✅ Çay süfrəsinə verməzdən 1 saat öncə soyuducudan çıxarın.

Nuş Olsun!