Yazdırma Seçimləri:

Acı bibər sosu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Lazım olan ərzaqlar
 1 kq qırmızı bibər
 acı bibər (acı miqdarını damaq zövqünüzə görə artıra bilərsiniz)
 2 ədəd orta boy pomidor
 23 diş sarımsaq
 2 yemək qaşığı sirkə
 3 yemək qaşığı zeytun yağı
 duz
 1 çay qayığı şəkər tozu
 1 stəkan su
Hazırlanma qaydası
1

Bibərlərin saplarını və çəkirdəklərini təmizləyib yuyun.
Yuduqdan sonra suyunu süzməyə qoyun.
Bibərlərin suyu süzüldükdən sonra iri- iri doğrayın.
Doğradığınız bibərləri qazana yığıb üzərinə 1 stəkan su əlavə edin və qapağını örtüb ocağa qoyun.
Bibərlər tam bişənə qədər qaynadın.
Bibərləri əvvəl güçlü atəşdə qaynatmağa çalışın .
Qaynamağa başlayandan sonra isə vam odda yarım saat qaynadın
Bişən bibərləri qazanda qalan su ilə birlikdə mətbəx robortundan keçirdib püre halına salın və kəfkirdən süzün.
Təkrar qazana yığın.
Pomidorları yuyun .
Yuduğunuz pomidorların qabığını soyun.
Acı bibərləri təmizləyin.
Təmiz yuyun və suyunu süzün.
Pomidor və acı bibərləri də mətbəx robortundan keçirdib qazana əlavə edin.
Sarımsaqları təmizləyib istər əlinizlə, istər mətbəx robortunda doğrayın və qarışıma əlavə edin.
Qarışımı 15-20 dəqiqə qaynadın .
Suyu tam quruyandan sonra isə yağını, duzunu, sirkəsini, şəkərini də əlavə edib bir az da qaynadın.
İsti-isti bankalara yığın.
Qapağını möhkəm bağlayın və tərs çevirib qapağı aşağıda qalacaq şəkildə qoyun və soyuyana qədər belə saxlayın.

Qeyd
2

İstifadə etdiyiniz qapaqlar işlənməmiş olsa daha yaxşı olar.

Nuş olsun!